Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi iddiası ilə əlaqədar həyata keçirilən istintaq prosesi ilkin nəticəsini verə bilər.
Istintaq komitəsi prokuror Robert Müller tərəfindən hazırlanmış sənədi təhvil alıb. Sənəddə kimlərin ititham olunduğu və nə ilə suçlandıqları barədə hələlik heç bir məlumat verilməyib.
Prezidentin seçki meneceri Paul Manafort və sabiq milli təhlükəsizlik katibi Maykl Flinin istintaq prosesinin əsas adları olduğu və bu şəxslərin həbslərinin istisna edilmədiyi, prosesin 30 oktyabrda start götürə biləcəyi bildirilir.
Qeyd edək ki, Donald Tramp Rusiyanın köməyi və seçki kampaniyasına müdaxiləsi nəticəsində prezident seçilməkdə ittiham edilir. Trampın ilin əvvəlində istintaq prosesini həyata keçirən Federal Tədqiqatlar Bürosunun rəhbəri Ceyms Komini vəzifədən azad etməsi böyük səs-küyə səbəb olmuş, bundan sonra hökümətdə çox sayda istefa və vəzifə dəyişikliyi baş vermişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?