Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın gündəliyə dair mühüm açıqlamalar verib.
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın təşkil olunan mətbuat konfransında Rusiyanın PKK/PYD-ni Astanaya dəvət etmisinə görə, Türkiyənin hadisəyə sərt reaksiya verdiyini və mövzunun əhəmiyyətli dərəcədə həll edildiyini açıqlayıb: “Rusiyanın PKK/PYD-ni Astanaya dəvət etməsini qəbul etməyimiz əsla mümkün deyil. PYD və YPG-li olmayan Kürdlərin dəvət edilməsində problem görmürük, amma PYD/YPG terror təşkilatıdır. Orada faktiki işğal meydançası yaratmaqla bir nöqtəyə gəlmiş terror təşkilatına Astana kimi platformada yer verilməsini qəbul etmirik. Dostlarımızın da müdaxiləsi ilə problem böyük nisbətdə həll edilib. Bundan sonra da bu cür təşəbbüsləri məmnuniyyətlə qəbul etməyimizin mümkün olmadığını ifadə etmək istəyirəm.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?