Milli Kəşfiyyat Təşkilatı (MİT) son dövrlərdə Türkiyədə terror törətmək istəyən İŞİD-ə nəfəs almağa belə imkan vermir.
Təhlükəsizlik qüvvələrinin gördüyü sıx tədbirlər nəticəsində uzun müddətdir Türkiyədə terror törədə bilməyənİŞİD əməlli-başlı küncə sıxışdırılıb. Bu məsələdə Türk xüsusi xidmət orqanlarının tamamilə "müstəqil” olaraq əldə etdiyi kəşfiyyat müvəffəqiyyətinin təsirli olduğu bildirilib. Alınan məlumatlara görə, Amerika kəşfiyyatı keçmiş səfirin iddia etdiyi kimi, Türkiyəyə kömək etmək bir yana, 15 iyul sonrası ölkəni yaxşıca qarışdırmaq üçün yüzlərlə İŞİD-çilərin Türkiyəyə gəlməsini təşkil etmişdir.
TÜRKİYƏDƏKİ TERROR PROSESİNİ BİR AVROPA ÖLKƏSİ İDARƏ EDİR
Rəzil oyunun arxasında olduğunu gizlətməyə çalışan Amerikan kəşfiyyatı, Türkiyəyə yönəldilən İŞİD terrorçularının sövq və idarə vəzifəsini isə bir Şimali Avropa ölkəsinin kəşfiyyat təşkilatına həvalə edib.
HƏRƏKƏT QABİLİYYƏTLƏRİ İFLİC EDİLİB
Amerikanın Türkiyədə bir daxili münaqişə qızışdırmaq üçün planlaşdırdığı bu ssenarinin oyunçuları olan İŞİD terrorçularının 15 iyul sonrasında Türk xüsusi xidmət orqanlarının yaxın təqibinə alındığı və hərəkət qabiliyyətlərinin iflic edildiyi bildirilir. Əməliyyatlarda onlarca İŞİD terroçuları təsirsiz hala gətirilsə də, qalanları isə MKİ tərəfindən geri çəkildiyi irəli sürülür. Unudulmamalıdır ki, ABŞ-ın Türkiyədəki səfiri Con Bass, keçdiyimiz günlərdə “Sayəmizdə İŞİD Türkiyədə terror törədə bilmir” deyərək, ABŞ-ın İŞİD-lə əlaqəsini ağzından qaçırmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?