Kürdlərin müstəqilliyə dəstək nümayişlərində İsrail bayrağı sərgiləməsindən sonra İraq parlamenti İsrail bayrağını “sionist simvol” adlandıraraq qadağan edib.
“İctimai nümayişdə, media qarşısında sionist qurumun bayrağını dalğalandırmaqla İraq konstitutsiyasının təməl prisniplərini qıran təhlükəli fenomen üzə çıxıb,” deyə parlamentin spikeri Səlim əl-Cüburi deyib.
Nümayişdə, media qarşısında sionist qurumun bayrağını dalğalandırmaqla İraq konstitutsiyasının təməl prisniplərini qıran təhlükəli fenomen üzə çıxıb. Cüburi əlavə edib ki, indən belə İraqda İsrail bayrağı qaldıranlara qarşı cinayət işi açılacaq.
Qanunu Şiə Ali İslam Şurası bloku təqdim edib, və sənəd yekdilliklə İraq parlamentinin başqa üzvləri tərəfindən dəstəklənib.
Qanun hüquq-mühafizə orqanlarına ictimai tədbirlərdə sionist simvolu sərgiləyən şəxslərə qarşı cinayət işi qaldırmağı əmr edir.
25 sentyabrda təşkil edilmiş müstəqillik referendumu ərəfəsində kürdlərin keçirdikləri nümayişlərdə tez-tez İsrail bayraqları gözə dəyirdi.
Həmin referendumda 92 faiz Kürdüstanın Bağdaddakı mərkəzi hökumətdən ayrılmaq təklifinə səs verdi.
Kürdüstan Regional Hökuməti (KRH) nümayişlərdə bayraq sərgilənməsini “spontan” adlandıraraq, olayın regional hökumətin mövqeyini əks etdirmədiyini bildirib.
İraq İsrail dövlətini rəsmən tanımadığından Bağdadla Tel-Əviv arasında diplomatik münasibətlər mövcud deyil.
Sorğu
Yeni dizaynımız necədir?