Xəbər verildiyi kimi, Rusiya Hava Qüvvələri Suriyada İŞİD terrorçularının gizləndiyi obyektləri bombalayıb.
Rusiyanın Müdafiə Nazirliyi əməliyyatı həyata keçirən təyyərələrdən birinin görüntülərini yayıb. Videoda göründüyü kimi “TU-22М3” bombardımançı təyyarəsi əməliyyata yola salınır və əməliyyatdan geri qayıdır.
Qeyd edək ki, noyabrın 2-də Rusiyanın 6 “TU-22М3” bombardımançı təyyarələri Suriyanın Deyr-əz-Zor yaşayış məntəqəsini bombalayıb. Əməliyyat Abu-Kamal şəhəri yaxınlığında keçirilib. Bombardımançı təyyarələrin əməliyyatına qırıcılar da dəstək veriblər. Qeyd edək ki, Rusiya Suriyada bu günə qədər 360 hərbi əməliyyat həyata keçirib. Nəticədə minlərlə terrorçu öldürülüb, 650 obyekt dağıdılıb. Bu da Suriyadaterrorçuların 90 faizi deməkdir./ölkə.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?