Rusiya təyyarələri Suriyanın Hələb şəhəri yaxınlığında terrorçuların hərbi texnikalarının təmir etdiyi sexi və təlim düşərgəsi məhv edilib.
Azvision.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Bundan əlavə, "Su-34" tipli bombardmançılarının endirdiyi aviazərbələr nəticəsində İŞİD-in Deyr-əz-Zor şəhəri yaxınlığında qərargah məntəqəsi yerlə-yeksan edilib.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?