GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin Ərdoğana qarşı plana razı olmadı – Duqindən sensasiya

Putin Ərdoğana qarşı plana razı olmadı – Duqindən sensasiya

Tarix: 7-11-2017, 11:30 Bölmə :Dünya Baxış: 292
Putin Ərdoğana qarşı plana razı olmadı – Duqindən sensasiya


Türkiyənin NATO ilə ittifaqının sonu yaxınlaşıb.

Bunu “Habertürk” qəzetinə müsahibəsində Kremlin ideoloqu, politoloq Aleksandr Duqin söyləyib.

“İraqın işğalı və ABŞ-la yaşanan böhrandan sonra Ankara yeni təhlükənin Qərb olduğunu anladı. Qərb Türkiyəni öz daxilinə almaq istəmir. ABŞ kürdləri dəstəkləyərək türk dövlətinə təhdid yaradır. Ərdoğan həm müsəlmanlar, həm də Qərblə ittifaq qurdu. Nəticəsi nə oldu? Çevriliş cəhdi… ABŞ çevrilişi islamçı ideologiya və FETÖ-nu istifadə edərək təşkil etdi. Davudoğlunun Suriya siyasəti də buna başqa örnəkdir. Bu, yenə islamçı və qərbçi fikirlərin qarışığıydı.

Putin Türkiyəni öz tərəfinə çəkməyə çalışmır. Qərb Türkiyəni Rusiya tərəfə itələyir. Onlar Ərdoğanı çevrilişlə devirməyə çalışdılar. Səbəb Ərdoğanın Su-24 böhranı zamanı üzr istəməsi və Rusiya ilə əlaqələri normallaşdırması idi. Qərbin gözündə bu xəyanət idi. Çevrilişin əsas səbəbi həm Ərdoğanın Putinlə yaxınlaşması, həm də müstəqil siyasəti idi. Ərdoğan nə qədər müstəqil olmaq istəsə, o qədər Qərbin hədəfinə çevrilir. Türkiyə bütöv qalmaq istəyirsə, Qərb düşərgəsində olmamalıdır. Ona görə ki, bombaları Türkiyə parlamentinə Rusiya atmadı”, – deyə o bildirib.

Generallar Putinə dedi ki…

Duqin müsahibəsində həmçinin Türkiyənin Rusiya ilə Su-24 böhranından sonra necə barışmasına da aydınlıq gətirib:

“Vətən Partiyasının rəhbəri Doğu Perinçəkə yaxın olan hərbçilərdən ibarət nümayəndə heyəti Su-24 təyyarəsinin vurulmasından sonra Moskvaya gəldi. Onların arasında general İsmayıl Haqqı Pekin də vardı. Nümayəndə heyəti təyyarənin vurulması əmrinin Ərdoğan tərəfindən verilmədiyini, hökumət daxilində Qərb tərəfdarı bir qrupun xəyanət etdiyini söylədi. Türkiyə səfiri də Rusiya ilə əlaqə kanalını açmaq üçün məndən kömək istədi. Rusiya Türkiyənin söylədiyi bütün arqumentləri araşdırdı. Daha sonra martda Ərdoğana yaxın şəxslərlə Ankarada görüşdüm. Ərdoğanın Putinə məktubundan sonra Türkiyəyə getdim. Məqsədim Ankaranın diqqətli olması, atdığı önəmli addımın təyyarəni vuranların hərəkətə keçməsinə səbəb olacağı mesajını çatdırmağım idi. Daha sonra isə çevriliş cəhdi oldu. Putinə Ərdoğan məsələsində yardımlar etmişəm, ona görə ki, savaşın astanasına çatmışdıq. Lakin bizim prezident asan şəkildə fikrini dəyişən adam deyil. Putin rasional və realist biridir. Əgər bəzi məsələlərdə dəlil olsa, o bunu dərhal dəyərləndirir”.

Rus ideoloq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədə uğursuzluğa düçar olmasının əsas səbəbinin Ankaranı böyük güc kimi görməməsi olduğunu deyib:

“MKİ türk ordusuna o qədər də diqqət etmədi. Ərgənəkon və Balyoz davalarından sonra onlar orduda Ərdoğanı dəstəkləyəcək adamların qalmadığını düşünürdülər. Lakin ordudakı kamalist qrup Ərdoğanı dəstəklədi. MKİ həmçinin 15 iyul gecesi Rusiya və Türkiyə arasındakı əlaqə kanallarını da kəsməyə çalışdı. Putini Türkiyəyə qarşı sərt mövqe tutmağa inandırmağa çalışdılar. Ərdoğandan başqa digər liderlərin yaxşı olacağını, vətəndaş müharibəsi başlayacağını və Rusiyanın bu savaşı öz xeyrinə istifadə edə biləcəyini dedilər. MKİ Putinin ətrafındakı təsirli şəxsləri təşkilatlandıra bildi. Lakin Putin buna razı olmadı. Çünki bu, Türkiyənin sonu demək idi. Əvvəl də demişdim. Çevrilişdən sonra kürdlər üsyan başlatmaq üçün hazırlıq görmüşdülər. MKİ yenidən çevriliş üçün bu yollardan istifadə edə bilməz. Başqa yollardan istifadə edəcəklər, ona görə ki, hələ Türkiyə daxilində güclü mövqeləri var”.

Zərrab davası – B planı

Ekspertin fikrincə, ABŞ Türkiyəyə qarşı yenidən FETÖ-dan istifadə etməyəcək:

“Bir çox faktoru bir araya gətirəcək strategiya tətbiq edəcəklərini düşünürəm. Məsələn, etnik qarşıdurma, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elita daxilində Ərdoğana qarşı etibarsızlıq yaratmaq ən vacib addımlar ola bilər. Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar. Rza Zərrab davası da buraya daxildir. Onlar bütün iqtisadi əlaqələrdən yararlanacaqlar. Daima hücumlarla üz-üzə qalacaqsınız. İrana və Rusiyaya tətbiq edilən sanksiyalardan Türkiyəyə də tətbiq edilə bilər. İqtisadiyyatınızı xilas etmək üçün B planınızı hazırlamalısınız”.

ABŞ-da Klintonu dəstəklədik

Duqin həmçinin Rusiyanın ABŞ-dakı prezident seçkisinə müdaxilə etdiyini də bildirib:

“Bəli, Rusiya ABŞ-dakı seçkiyə müdaxilə etdi. Bu müdaxilə Tramp lehinə olmadı. Rus oliqarxlar Klintonu dəstəklədilər. Amerikalılar istintaqı dərinləşdirdikcə Rusiyanın Klintonun kampaniyasına dəstək verdiyini ortaya çıxaracaqlar. Onlar öz qazdıqları quyuya özləri düşdülər. Məncə, Trampa qarşı impiçmentdən istifadə edilməyəcək. Çünki bu, vətəndaş müharibəsi deməkdir. ABŞ qarşıdakı 3 il ərzində iflic vəziyyətindədir. Bu, böyük şansdır, ondan yaxşı istifadə etmək lazımdır”.

Karlov sui-qəsdi

Duqin Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsdin Su-24 böhranının davamı olduğunu söyləyib:

“Karlov sui-qəsdi zamanı Rusiyanın reaksiyası fərqli oldu. Təsəvvür edin ki, səfir öldürülür və Rusiya heç bir şey etmir. Çünki hər şey aydın idi. Əsl hədəf səfir yox, Ərdoğan idi. MKİ-nin bunu istifadə edib-etmədiyini bilmirəm. Sui-qəsd FETÖ-nun metodu idi. Ərdoğana güvənirik və artıq Rusiyaya qarşı onu provokasiyaya cəlb etmək asan deyil.

Ərgənəkon və Balyoz davaları FETÖ-nun əli ilə kamalist zabitlərin ordudan uzaqlaşdırılması üçün təşkil edildi. Bu davalarda mənim də adım keçirdi. Türkiyədə görüşdüyüm bütün avrasiyaçı fraksiyaları hədəf alırdılar. Rusiya ilə əlaqələri kəsmək məqsəd idi. Eyni şey İran və Çinə də aid idi. Ərgənəkondan öncə təkcə Perinçəklə yox, həm də Süleyman Dəmirəl və Rauf Denktaşla da görüşdüm”.

“Ərdoğan kimi öldürüləcəkdim”

Ekspert müsahibəsində 15 iyul çevrilişi informasiyasını haradan aldığı məsələsinə də aydınlıq gətirib:

“Bəzi şeyləri demək doğru olmaz. Təbii ki, rus kəşfiyyatı türk ordusunda hərəkətlilik olması haqqında mənə informasiya verdi. Aldığım məlumatı doğru analiz etdim.

Çevriliş günü çox gec saatda Türkiyədən uçdum. Esenboğa hava limanında idim. Rusiya ilə daima əlaqədəydim. Türkiyədə gözləmək çox çətin idi, çünki kimin qalib gələcəyi bəlli deyildi. Üstəlik, özümün izlənildiyimi də bilirdim. Çevriliş baş tutsaydı, Ərdoğanla Perinçəkin başına gələnlər mənim də başıma gələcəkdi”.

Kürd planı: İlk dövlət Suriyada qurulacaq

Rusiyalı ideoloqun fikrincə, kürd məsələsi Yaxın Şərq üçün böyük təhdiddir:

“İran, Türkiyə, Rusiya, Suriya və İraq bir araya gəlib, kürdləri razı salacaq bir təklif irəli sürsə, öz təhlükəsizliklərini zəmanət altına ala bilərlər. Kürd kimliyini torpaq altına basdırmaq olmaz. Ona görə ki, biz belə etdikcə, onlar daha çox ABŞ və İsrailin əlinə düşürlər. Kürdlərin ABŞ imperializminin oyuncağı olmasını əngəlləmək lazımdır. Bunun üçün Suriya bütöv qalmalıdır. Bütün azlıqların haqları zəmanət altına alınmalıdır. Hazırda Səudiyyə Ərəbistanı və Qətər çökmək ərəfəsindədir. Hamımız birgə ABŞ-ın Yaxın Şərqdən getməli olduğunu deməliyik. Bu, Suriya və kürd məsələsinin həllinin tək yoludur. Rusiyanın kürdlərlə hər cür əlaqəsi Türkiyənin maraqlarına uyğundur.

ABŞ rəhbərliyi hazırda xaos içindədir. Bir yanda Tramp, bir yanda ABŞ dərin dövləti, digər tərəfdə isə kürdlərə dəstək verən qlobalistlər var. Amerikalılar tam olaraq müstəqil Kürdüstana icazə verdilər, amma bu dövlət İraqda yaradılmamalı idi. Kürdüstan layihəsi Suriyadan başladılmalı idi. Bərzani bunu anladı və ona görə də etiraz etdi. Bərzaninin məqsədi həmin dəqiqə müstəqil olmaq deyildi. O, Bağdadla sövdələşməyə güclü şəkildə getmək istəyirdi. Torpaqlarının yarısını itirib, savaşmaqdan qorxdular. Amerika rəhbərliyindəki xaosun qurbanı oldular. Rusiya bu proses çərçivəsində sərt açıqlamanı kürd məsələsində çox diqqətli olduğu üçün vermədi. Onlar üzərində təsirimizi artırmağa çalışırıq. Burada neft maraqlarımız da var, amma İraqın parçalanmasını istəmirik”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğanı Bəşər Əsəd və Qəddafinin aqibəti gözləyir

    Ərdoğanı Bəşər Əsəd və Qəddafinin aqibəti gözləyir ...

    12-06-2013, 12:21

  • 
  • Ankara terrorunun baş verdiyi anlarda Rusiya telekanalının saytında sensasion yazı - "Ərdoğanı yalnız Allah xilas edə bilər"

    Ankara terrorunun baş verdiyi anlarda Rusiya ...

    14-03-2016, 13:46

  • 
  • Amerikalı şərhçidən şok açıqlama

    Amerikalı şərhçidən şok açıqlama ...

    17-01-2013, 11:02

  • 
  • Alman mətbuatı Ərdoğanı Əhmədnejada bənzətdi

    Alman mətbuatı Ərdoğanı Əhmədnejada bənzətdi ...

    30-09-2014, 15:09

  • 
  • Qərb mətbuatı Ərdoğanı "atəşə tutdu"

    Qərb mətbuatı Ərdoğanı "atəşə tutdu" ...

    23-12-2013, 13:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu