Avropa.info-nun məlumatına görə, "Velt am Sonntag" qəzeti prezident Rəcəb Tayyib Ərdoğanı İranın eks prezidenti Mahmud Əhmədnejada bənzədib. Qəzet qeyd edib ki, əgər Ərdoğan istəsə Türkiyə qərbə rahat şəkildə inteqrasiya edə bilərdi. Amma qəzet Ərdoğanın bunu istəmədiyini iddia edib:
"Prezident Ərdoğan qərbi seçmədi. Bəzən insanlar güvəndiyi birindən umduğunu almayanda məyus olur. Türkiyə də Qərb və müttəfiqlərini məyus etdi.
Türkiyə istəsə müsəlman ölkələrə örnək olardı. Demokratiya və azadlıq gətirə bilərdi.
Amerika, Avropa hər kəs Türkiyəyə güvənirdi. Amma gözlənilən olmadı. Türkiyə hamını təəccübləndirdi. Ərdoğan radikal İslamçıları sadəcə İslamçı kimi təqdim edir.
2004-cü ildə Avropa Birliyinə namizəd olan Türkiyə dünyada sülhməramlı İslam ölkəsi kimi göstərilirdi. Hamı "Yaxşı ki, Türkiyə var" deyirdi. Lakin gözlənilənlər olmadı.
İranın keçmiş prezidenti Əhmədnejadı indi Türkiyə prezidenti Ərdoğan əvəz edir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?