ABŞ-ın Orta Şərq regionuna aid planları üzə çıxıb.
"New York Times" qəzeti 4 il əvvəl Orta Şərqin parçalanacağı, 5 ölkədən 14 dövlətin yaradılacağı xəbərini paylaşıb.
2013-cü ilin 28 sentyabr tarixində Robin Raytın yazdığı xəbərdə "yavaş-yavaş Orta Şərqin xəritəsi yenidən çəkiləcək"-deyilir. Analitik yazıda Səudiyyə Ərəbistanı, Yəmən, Suriya, İraq və Liviya kimi ölkələrin bir neçə hissəyə ayrıldığı görünür. Xəbərə əsasən, 5 dövlət 14 ölkəyə parçalanacaq. İraqın şərqində bir Kürd bölgəsi, mərkəzində bir sünni dövləti, paytaxt Bağdadın cənubunda isə bir şiə dövləti qurulacaq.
Raytın məqaləsinə əsasən, Suriyadakı vətəndaş müharibəsi Orta Şərqin taleyini dəyişəcək prosesin başlanğıc nöqtəsi olacaq. Məzhəb savaşları, tayfa və qəbilələr arasındakı problemlər, etnik fərqlilik və Ərəb Baharının əvvəlcədən bilinməyən nəticələri də bu prosesi körükləyəcək. Ötən əsrin əvvəllərində Avropa dövlətləri tərəfindən çəkilən xəritənin yenidən dəyişəcəyi bildirilir. Yeni xəritə beynəlxalq arenadakı iqtisadi əməkdaşlıqları, enerji yollarını, təhlükəsizlik razılaşmalarını və siyasi balansı da dəyişdirəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?