Rusiyanın Samara vilayətində silah-sursat poliqonunda baş vermiş partlayışlar nəticəsində 4 nəfər yaralanıb, əhali təhlükəli ərazidən təxliyə edilir. APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə hadisə yerində yaradılmış əməliyyat qərargahının nümayəndəsi məlumat verib.
Çapayevski qəsəbəsi yaxınlığında yerləşən poliqonda partlayışlar iyunun 18-i axşam saatlarında başlayıb. Rusiya DİN Baş İdarəsinin məlumatına görə, partlayışlar hal-hazırda da davam edir. İlkin məlumata görə, anbarlarda 13 milyon ədəd hərbi sursat saxlanılır. Mərmi qəlpələri geniş məsafəni əhatə etdiyindən yanğınsöndürənlər hadisə yerinə yaxınlaşa bilmir.
FHN hadisə yerinə 2 təyyarə ilə xüsusi robotlar göndərməyi planlaşdırır.
Poliqonun yaxınlığında yerləşən məntəqələrdən 4 mindən çox insan təxliyə edilib.
FHN, DİN, “Rusiya dəmir yolları” və Müdafiə Nazirliyinin əməkdaşları və texnikası hadisənin fəsadlarını aradan götürməyə cəlb olunub.
Sorğu
Yeni dizaynımız necədir?