İranda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.
gundemxeber.az bildirir ki, İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 530 nəfərə çatıb. Bu barədə “Mehr” Agentliyi məlumat yayıb. Verilən xəbərə görə, təbii fəlakət nəticəsində təqribən 7500 nəfər xəsarət alıb. Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində İranda 12 min ev dağılıb. İranın dini lideri Əli Xamenei xalqa başsağlığı verib və xəsarət alanlara kömək etmək barədə hərbçilərə göstəriş verib. Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?