İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 450–yə çatıb, yaralıların sayı isə 7 minə yaxındır. Bu barədə xəbər verən Press TV kanalı bildirib ki, dağıntılar altından cəsədlərin çıxarılması davam edir.
İranın Fövqəladə Hallar Təşkilatının Kirmaşah idarəsinin rəhbəri Reza Mahmudian bildirib ki, hələlik 300 cəsədin çıxarılması mümkün olub. Onun sözlərinə əsasən, bəzi hallarda dağıntılar altından çıxarılan ağır yaralılar xəstəxanaya göndərilir, lakin onların həyatlarını xilas etmək mümkün olmur. Buna görə də ölənlərin sayını tam dəqiqliklə demək çətindir.
Qeyd edək ki, Azərbaycan, Rusiya, Türkiyə, Pakistan, Almaniya və başqa dövlətlər zəlzələ bölgəsinə yardım göndərmək istəklərini bildirərək İran hökumətinə müraciət ediblər./Azərtac
Sorğu
Yeni dizaynımız necədir?