Ermənistan parlamenti tələbələrin etiraz aksiyalarına məhəl qoymayaraq, “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsini ikinici oxunuşda qəbul edib.
Səsvermədən əvvəl çıxış edən “Çıxış” parlament fraksiyasından olan deputat Ararat Mirzoyan deyib ki, qanun layihəsi ilə bağlı 4 tələbə aclıq aksiyası keçirir. Erməni deputat bəyan edib ki, 128 elmi işçi və universitet müəllimi tələblərin etirazını dəstəkləyir. O, deputatları qanun layihəsinin əleyhinə səs verməyə çağırıb. Lakin parlamentin iclasında iştirak edən 86 deputat qanun layihəsinin lehinə, 6 deputat isə əleyhinə səs verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?