Cənubi Afrikanın prezidenti deyib ki, ordunun həyata keçirdiyi çevrilişdən sonra Zimbabvenin 37 il hakimiyyətdə olan lideri Robert Muqabe evinin hüdudlarından kənara çıxa bilməz.
Cənubi Afrika İnkişaf Komitəsinə sədrlik edən Ceykob Zuma çərşənbə günü səhər verdiyi bəyanatda prezident Robert Muqabenin evində olduğunu təsdiq edib və vəziyyətinin normal olduğunu deyib. O, əlavə edib ki, Cənubi Afrika Zimbabve ordusu ilə əlaqə saxlayır.
Ölkədəki dəyişikliklər Muqabenin bu ayın əvvəlində vitse-prezident Emmerson Mnanqaqvanı vəzifəsindən kənarlaşdırması və ölkənin birinci xanımını onun yerinə təyin edəcəyini planlaşdırmasından sonra baş verməyə başlayıb.
Tanklar paytaxt Harareyə çərşənbə axşamı Zimbabvenin ordu başçısı, general Konstantino Çivenqanın Muqabenin vitse-prezident Manaqaqvanı dəstəkləyən ZANU-PF partiyasını ləğv etməyə cəhd göstərdiyi vaxt ona xəbərdarlıq etdiyi vaxt daxil olub.
Zimbabvenin hakim partiyasının Tvitter hesabının Mnanqaqva tərəfdarlarının nəzarətinə keçdiyi görünür. Belə ki, ZANU PF hesabında qoylan byanatda hazırda Cənubi Afrikada olduğu deyilən Mnanqaqvanın qayıdacağı və “daha yaxşı Zimbabveyə” nail olacağı bildirilir.
Bəyanatda vuröulanır ki, prezident və birinci ailə “konstitutsiya və millətin sağlamlığı naminə” saxlanılıb və hazırda təhlükəsizldirlər.
O da vurğulanır ki, “nə Zimbabve nə də ZANU PF Muqabe və onun xanımının şəxsi mülkiyyətləri deyil.”
Noyabrın 5-də vitse-prezident vəzifəsindən kənarlaşdırıldıqdan sonra onun onlarla tərəfdarı həbs edilib.
Çərşənbə günü səhər saatlarında ordu dövlət televiziyasını da ələ keçirib.
Maraqlıdır ki, cənab Muqabeni sınağa çəkən qüvvələr uzun müddət onun əleyhinə danışdığı Qərb dairələri, daxili müxalifət, yaxud iqtisadi tənəzzülün doğurduğu kütləvi etirazlar yox, öz yaxın siyasi çevrəsidir.
Amerikanın Səsinin müxbiri hadisəni işıqlanıdrarkən əsgərlərin hücumuna məruz qalıb. O və yerli media həmkarları dəyənəklərlə döyülüb, onların telefonları, pulları və mətbuat vəsiqələri əllərindən alınıb.
ABŞ Dövlət Departamenti bildirib ki, Amerika Zimbabve xalqını demokratik, şəffaf və konstitusiyaya uyğun olaraq hadisələrin inkişafını sakin və dinc yolla izləməyə çağırıb.
ABŞ və Britaniyanın o ölkədəki səfirlikləri vətəndaşlarına evlərindən çıxmamağı tövsiyə edib.
Britaniya səfiri Twitter-də bildirib ki, əsgərlər Hararenin strateji əhəmiyyət kəsb edən sahələrinə nəzarət edir.
Bu gün səfirliklərin hər ikisi ictimaiyyətə bağlı olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?