GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Dünya yenidən bölüşdürülür — ABŞ-Rusiya SİYASİ OYUNLARI

Dünya yenidən bölüşdürülür — ABŞ-Rusiya SİYASİ OYUNLARI

Tarix: 16-11-2017, 19:26 Bölmə :Dünya Baxış: 446
Dünya yenidən bölüşdürülür — ABŞ-Rusiya SİYASİ OYUNLARI


SSRİ dağıldıqdan sonra dünyada baş verən hadisələri şərh etməsək, indiki dövrdə nə baş verdiyini obyektiv şəkildə dərk etmək qeyri mümkündür. Ancaq bununla belə dərinə getsək görərik ki, SSRİ-nin dağılması, soyuq müharibəyə son qoysa da, dünyada heç də gərginlik azalmadı. Əksinə, istər postsovet, istərsə başqa regionlarda bir-birinin ardınca silahlı toqquşmalar və müharibələr baş verməyə başladı.

Əgər SSRİ dövründə geosiyasi tarazlıq saxlanılmışdısa və buna qarant idisə, bu ölkənin dağılması bu tarazlığı pozdu və ölkələr arasında ciddi qarşıdurmalar, siyasi ambisiyalar özünü göstərdi.

SSRİ-nin dağılmasında heç də ABŞ-ın istər iqtisadi, istərsə siyasi marağı olmamalı idi. SSRİ-ni dağıdan Avropa ölkələri oldu və bu dağıntıdan çox məharətlə istifadə edib, Avropa birliyində, SSRİ-yə bənzər, yeni bir güc mərkəzində birləşdilər və ABŞ-a rəqib bir dövlət qurumu kimi dünyaya meydan oxumağa başladılar. Onların “Yevroya” keçməsi Köhnə dünya ilə yeni dünya arasında gərginliyi daha da artırdı.

Ötən əsrin 90-ci ilin axırlarında Almaniyanın kansleri Şroder “İnterneşnl politik” jurnalında yazırdı ki, “ABŞ-ın təzyiqindən qurtarmağımıza səbəb SSRİ-nin dağılması oldu və biz ABŞ-dan silah almağı birə beş azaltdıq. Bunu Rusiyadan Avropaya qarşı təhlükənin olmaması ilə izah etmək olar”.

Doğrudan da Boris Yeltsin komandası dünyada və regionda baş verən hadisələrə biganə yanaşırdı. Bütün bunlar isə Rusiyanın dağılmasına aparırdı.

Rusiyanın Çeçen müharibəsini uduzması, Rusiya Hərbi Sənaye kompleksinin çökməsindən, ölkənin bünövrəsi olan iqtisadiyyatın çökməsinin nəticəsi idi. Odur ki, Rusiyaya, daha doğrusunu desək, dağılmağa hazır olan Rusiyaya yeni liderin, ağlı başında olan liderin gəlməsinin vacibliyi hamı tərəfindən hiss olunurdu. Nəticədə xüsusi xidmət orqanları Vladimir Putini ortaya çıxardılar. Vladimir Putinin gəlişi həmin an dağılmanın qarşısını ala bilmədi. Ancaq onun tutduğu mövqenin konkret konturları görünmürdü. Boris Yeltsin komandası ölkəni uçuruma aparırdı. ABŞ kimi ölkənin ağlına belə gəlməzdi ki, Rusiya Boris Yeltsinin dağıntısından sonra ayağa qalxa bilər. Çünki Rusiya Avropanın və ABŞ-n xammal bazasına çevrilmişdi, hasil etdiyi neftin hesabına yaşayırdı. Neftin qurtarması bu ölkəni də SSRİ-nin gününə salacaqdı. ABŞ onun rəqibinə çevrilən və gündən günə ona təzyiqlərini artıran Avropa Birliyi maraqlandırırdı, Avropanın ipini əlindən çıxarırdı. Çünki Avropanın ondan hərbi asılılığı azalırdı. NATO-nun Şərqə genişləndirilməsi siyasətini ortaya atmaqla ABŞ yenə də iqtisadi marağını güdürdü. Həm də bu yeni bazaların yaradılmasına gətirib çıxarırdı. Bütün bunlar heç də az gəlir deyildi. Müəyyən mənada dağılmaqda olan hərbi sənaye kompleksini saxlamağa imkan verirdi. ABŞ Amerikanın bu siyasətinə qarşı gedən Avropa Birliyinin ideoloqu və yaradıcılarından biri olan Şroderi Angela Merkellə əvəz etsə də, NATO-nun Şərqə doğru hərəkətini gücləndirsə də, ölkədə tüğyan edən iqtisadi böhranın qabağını ala bilmədi. Çünki ABŞ-ın hərbi sənaye kompleksi gedirdi, böyük-böyük sənaye kompleksləri və nəhəngləri bağlanırdı, şəhərlər boşalırdı.

ABŞ-ın iqtisadi böhranın səbəbi Avropa və başqa ölkələrin buradan daha yüksək texnologiyalı silahının almamsı idi. Bununla belə, ABŞ dünyada yeganə fövqəl dövlət olaraq qalırdı, iqtisadiyyatının çatışmayan maliyyəsini Beynəlxalq Valyuta Fondu və Mərkəzi Bank vasitəsilə həll edirdi. Daha düzünü desək, “yaşıl kağızlarını” istədiyi qədər kəsirdi və çatışmayan yırtıqlarını doldurur və dünyaya satırdı. Odur ki, ABŞ özünü saxlayırdı. Ancaq zavod və hərbi kompleksləri dayanırdı.

ABŞ-a az-çox bələd olanlar yaxşı bilirlər ki, hərbi sənaye kompleksləri bu ölkənin büdcəsinin 80 faizindən çoxunu təşkil edirdi. Yəni, böyük gəlir gətirirdi. SSRİ dağılandan sonra, hərbi sənaye kompleksləri çökməyə başladı və ABŞ düşdüyü bu bəladan çıxmaq üçün yollar axtarırdı.

11 sentyabr teraktının kimlər tərəfindən törədildiyinə toxunmadan, ABŞ-ın qloballaşma və “xaos siyasətinin” mahiyyətini anlamaq qeyri mümkündür. Bunlar bir-birləri ilə sıx əlaqələri məsələlərdir.

11 sentyabrdan sonra ABŞ başqa ölkələrə qarşı ciddi təziqlərə keçdi və ABŞ-n xüsusi orqanları tərəfindən hazırlanmış “idarə olunan xaos” siyasəti başladıldı. İndiyə qədər bu siyasətin mahiyyətini dünya ölkələrinin analitik mərkəzləri təhlil etsələr də, ancaq dünyada xaos yaratmağın ABŞ-a nə verdiyini anlaya bilmirlər. Fikir verin, “ərəb baharı”, İraq və Əfqanıstan, Suriya və başqa ölkələrdə qarşıdurma yaratmaqla ABŞ öz silahlarının satışı üçün bazar yaradırdı. Bununla da ABŞ öz hərbi sənaye kompleksinin qüdrətini saxlamaq istəyirdi. Bu o qədər cüzi idi ki, ABŞ hərbi sənaye kompleksini daha da gücləndirmək üçün yeni yollar axtarırdı. Bunun isə yeganə çıxış yolu Avropanı 1991-ci il səviyyəsinə gətirmək idi. Yəni, elə etmək lazım idi ki, Avropa ABŞ-dan yüksək texnologiyalı silahlar alsın.

ABŞ-n xarici siyasətinin motivlərin başa düşmək üçün onun iqtisadi maraqlarının hara yönəldiyini görmək lazımdır.
Avropa İttifaqı günbəgün güclənirdi, avronun qiyməti dollardan yüksək idi. Buna görə də ABŞ siyasətçilərinin bir yolu qalırdı – Rusiyanı aktivləşdirməklə Avropanı yenidən qorxuya salmaq.

İndiyə qədər çoxları ABŞ-Rusiya münasibətlərinin mahiyyətini başa düşməyiblər. ABŞ-ın Avropaya qarşı siyasətinin mahiyyəti onları ruslarla qorxutmaq, ötən sərin 90-ci illərində olduğu kimi silahlanmağa vadar etməkdir. Bunun arxasında ABŞ-ın özünün dövlətçilik marağı durur.

Ukrayna hadisələrinə baxsaq görərik ki, bu hadisələrin başında ABŞ dururdu. Viktor Yanukoviç hökumətinin Almaniya, Fransa və Rusiya ilə danışıqlarına və ciddi saziş bağlamalarına baxmayaraq, bu ölkədə ABŞ-ın xüsusi orqanları siyasi çevriliş etdilər. Ən maraqlısı da bu çevrilişin qabağını almağa qadir olan Rusiya Yanukoviçə dayaq durmadı. Burada “niyə?” sualı ortaya çıxır. Əvvəla, Rusiya bu gedişilə Luqansk və Donbası qapazladı. Üstəlik də Krımı öz tərkibinə qatdı. Maraqlısı odur ki, Krım sahillində lövbər salan ABŞ donanması da Rusiyaya qarşı bir təzyiq göstərmədi. Bununla da ABŞ Krımın ilhaqına açıq şəkildə göz yummuş oldu. Məgər ABŞ Rusiyadan qorxurdu?

Rusiyanın Krımı almasına niyə göz yumduqlarını düşündükdə, maraqlı bir sual yaranır: ABŞ Krımım Ukraynadan getməsinə göz yummaqla, hansı məqsədi güdürdü?

Əlbəttə ki, Avropanı Rusiya ilə qorxutmaqla onları da öz tərəfinə çəkirdi. Ən əsası isə NATO-nun Şərqə genişlənməsini gücləndirirdi. Krım Ukraynadan çıxandan sonra Avropa məcbur olub ABŞ-dan aldığı bahalı silahların həcmini bir neçə dəfə artırdı. Bununla da ABŞ büdcəsinin statistikası hərbi sənaye kompleksinin büdcəyə verdiyi gəlirlərin artdığını göstərməyə başladı.

Qərbin Kremlə qarşı Avropa-Rusiya əlaqələrini zəiflətmək məqsədi güdən sanksiyaları “qoca qitənin” bir çox ölkələrini diz üstə qoydu. Rusiya isə bu sanksiyalardan istifadə edib, ölkənin özü-özünü təmin etmək mexanizmini işə saldı. Faktiki olaraq da Rusiya bu sanksiyalardan faydalandı. Ən əsası da keçmiş Sovet Respublikalarının kənd təsərrüfatını işə saldı.
Sonradan Avropanı diz üstə qoymaq üçün ABŞ bu ölkələrə təzyiqlərini daha da artırdı. Suriyadan və başqa ölkələrdən olan qaçqınları Türkiyə vasitəsi ilə Avropaya yönəltdi və Yaxın Şərqdə İŞİD-i hazırlamaqla “idarə olunan xaos” yaratdı. Yaxın Şərqdəki müharibə Avropaya qaçanların sayını artırdı və ölkəni ciddi iqtisadi problemlər qarşısında qoydu. Bununla belə, Ukraynada vətəndaş müharibəsini gücləndirməklə, Avropa qitəsini təhlükə qarşısında qoydu. Bu reallığı görən Avropa Birliyi məcburiyyət qarşısında qalıb, ABŞ-ın diktəsi ilə hərəkət etməyə başladı.

Suriyada Əsəd hökumətini müdafiə edən Rusiyanın vəziyyətini Əfqanıstandakı SSRİ-nin vəziyyətinə düşəcəyinin proqnozlaşdıran Avropa analitikləri yanıldılar. Xəzər dənizindən atılan “ Kalibri ” qanadlı raketi dünyanın siyasi xəritəsini dəyişdi və ABŞ-ın “idarə olunan xaos” siyasətinə son qoydu. Dünyada iki güc düşərgənin yaranma prosesi başladı. Dünya monopolyarlıqdan polipolyarlığa keçdi.

Yeni prezident Donald Trampı hakimiyyətə gətirən Mərkəzi Kəşfiyyat İdarəsi onun qarşısında proteksionizmə qayıtmaq tələbini qoydu. Ona görə də hazırda Donald Tramp bu siyasəti həyata keçirir. Nəticə də göz qabağındadır. ABŞ-n son statistikasına baxsanız görərsiniz ki, işsizlik tamamilə azalıb, bağlanmış zavod və komplekslər işə salınır, əhali boşalmış şəhərlərə geri qayıdır, hərbi sənaye kompleks var qüvvəsi ilə işləyir.

Yeni sanksiyaların irəli sürülməsi, Avropanın başına yeni qapazdır və oranın birliyini dağıtmaqdır. Bu dağıntı prosesi İngiltərədən başladı və hazırda Katoloniyada davam edir və edəcək də!

Başqa regionlara keçməsi də göz qabağındadır. Əlbəttə ki, bütün bunlar Avropanı çökdürmə üçün ABŞ proteksionist siyasətidir.
Rusiya qarşı sanksiyaların mahiyyəti Avropaya gedən enerji koridorunu bağlamaq və Avropa ölkələrini tamamilə ABŞ qazından asılı vəziyyətə salmaqdır. Bunu etməklə ABŞ bütün dünyaya diktə siyasətinə keçdi və beləliklə bütün dünyanı, ilk növbədə Avropanı özündən asılı vəziyyətə salır.

ABŞ rus neft və qazının Avropaya getməsinin qarşısını almaqla, ilk növbədə bu ölkəyə iqtisadi zərbə vurmaq niyyətində olduğunu açıq şəkildə göstərir. Əslində isə enerji koridorunu bağlamaqla Avropanı tam özündən asılı vəziyyətə salır.
Donald Trampın aqressiv siyasətinin mahiyyəti dövlətçiliyi nöqteyi-nəzərindən ABŞ-ın xeyrindir. Əslinə qalsa, ancaq bu ölkənin xeyrindir. Belədirsə, bəs nə üçün anti-Tramp hərəkatı güclənir? Səbəb Avropa ilə ciddi siyasi əlaqələri olan və proteksionizmə qarşı olan siyasətçilərdir. Onlar Donald Trampa qarşı getməklə faktiki olaraq özlərinin dağıdıcı siyasətlərini ört-basdır edirlər. Çünki ölkənin keçmiş iqtisadi gücünü bərpa etmək üçün onun apardığı xarici siyasət birbaşa ABŞ-n maraqlarına xidmət edir və onların dağıdıcı siyasətinin iç üzünü açır.

Donald Tramp çıxışlarının birində deyirdi: “Amerikanın zavodları, sənaye kompleksləri dağıdılıb, dünyanın bütün ölkələrinə yayılıb. ABŞ şirkətləri isə bu və ya digər ölkədən gələn materialların və hissələrin yığması ilə məşğuldur. Müharibə baş versə, ABŞ tam şəkildə pis vəziyyətdə qalar. Bir müttəfiqi məğlubiyyətə uğrasa, liberalların qlaballaşma siyasəti olan inteqrasiya ölkəni pis vəziyyətdə qoyacaq. Odur ki, bütün zavodlar və komplekslər ABŞ-a qayıtmalıdır”.

Bu siyasətin nəticəsidir ki, indi ABŞ-da ciddi dirçəliş var və hərbi sənaye kompleksinə daxil olan nə varsa işləməyə başlayıb. Bu isə ABŞ-ın daha da güclənməsi deməkdir.

Sual oluna bilər bəs Rusiya? Hər ölkənin özünü saxlamaq mexanizmi var. Stansiyalar dövründə və Ukraynada baş verən hadisələr Rusiya siyasətçilərin sanki yatmış yuxudan ayıltdı. Rusiyanı ayı ilə müqayisə edirlər. Ayının bir xüsusiyyəti var, qış yuxusundan ayılan kimi öz meşəsini qaydaya salmağa çalışır, qayda-qanun yaradır və onun meşəsinə girən başqa heyvanların ayağını oradan ayırır. Bu saat Rusiya yuxudan oyanmış ayını xatırladır.../ölkə.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qorbaçov SSRİ-ni dağıtdığına görə həbs edilə bilər

    Qorbaçov SSRİ-ni dağıtdığına görə həbs edilə bilər ...

    10-04-2014, 10:32

  • 
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • Rusiya SSRİ-ni bərpa etmək istəyir - General

    Rusiya SSRİ-ni bərpa etmək istəyir - General ...

    18-01-2017, 00:24

  • 
  • ABŞ-dan Putinə imperiya ittihamı

    ABŞ-dan Putinə imperiya ittihamı ...

    9-12-2012, 11:15

  • 
  • Qorbaçov SSRİ-nin bərpsından danışdı

    Qorbaçov SSRİ-nin bərpsından danışdı ...

    11-03-2013, 10:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu