Türkiyədə təhlükəsizlik qüvvələrinin sıx əməliyyatları nəticəsində küncə sıxışdırılan terror təşkilatı İŞİD Taliban taktikasını işə salıb.
Hərbi qarşıdurmalardan tükənən İŞİD Türkiyədə virtual dünyada varlığını sürdürməyə qərar verib. Terror təşkilatının bundan sonra dünyanın hansı bölgələrinda peyda olacağı düşünülürkən,İŞİD-in virtual aləmə üstünlük verməsi bir növ "özünü unutdurmama” strategiyası kimi qəbul olunur. Son dövrdə internet və sosial mediada təbliğata üstünlük verənİŞİD-in bu taktikasının daha çox döyüşçü cəlb etmə ilə bağlı olduğu düşünülür. Bu yöndə təşkilatda ciddi sıxıntıların olduğu bəllidir və məhz buna görə də toparlanmaq üçün hədəf olaraq sosial medya vasitəsi ilə yenidən döyüşçülər cəlb etmək hazırlıqları görülür. Digər tərəfdən, forma dəyişdirən İŞİD-in bu taktikası növbəti ABD-PKK-nın işğal hazırlıqlarına xidmət edə bilər. Adətən İŞİD-in varlığından bəri ilk olaraq əraziləri işğal edib, sonradan ABŞ-PKK birliyinə təhvil verən məhz bu terror təşkilatı olub. Başqa bir gerçək də budur ki, İŞİD-də döyüşən əcnəbilər, başda Avropa olmaqla,öz ölkələrinə dönməyə davam edir. Rakkadan ABŞ-ın köməyilə çıxarılan terrorçular öz ölkələrində böyük təhlükəsizlik problemlərinə yol açacaq. Və bu, ola bilsin ki, ABŞ-ın yeni strategiyasının bir hissəsi olaraq mövcuddur. Çünki xatirinizdədirsə, Türkiyənin xüsusi xidmət orqanlarının son günlərdə ələ keçirdiyi bir İŞİD-çinin etiraf etdiyinə görə, MKİ Rakkadan buraxılan terrorçuların ailələrini girov saxlamaqla, onları “canlı bomba” olmağa vadar edir və istədikləri ölkələrdə terror törətmək üçün göndərir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?