“Roma Papası Fransisk Yeni il bayramında öldürüləcək”.
gundemxeber.az xəbər verir ki, bu barədə İŞİD terror təşkilatı məlumat yayıb. Terrorçular katoliklərinin liderini təhdid ediblər. Onlar Papanın şəklini fotoşop vasitəsilə montaj ediblər.
Mesaj terrorçuların internet saytında yer alıb. Fotonun altında qeyd edilib ki, Roma Papası Fransisk Yeni il gecəsi qətlə yetiriləcək. Qətl İŞİD terrorçuları tərəfindən Vatikanda baş tutacaq.
Bu barədə məlumat yayılandan sonra Romada təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizlik qüvvələrinin sayı azı 10 dəfə artırılıb. Bu barədə italyan cəsuslar informasiya sızdırıblar.
Sorğu
Yeni dizaynımız necədir?