Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili deyib ki, naməlum şəxslər noyabrın 19-da onun sürücüsünü "möhkəm döyüblər".
Saakaşvili Facebook-da yazıb ki, Ukrayna hakimiyyəti onun mühafizəçilərinin hamısını ölkədən çıxarıb. Onunla bircə sürücüsü Vladimir qalıb:.
"Gecə iki naməlum şəxs sürücümü evinin qarşısında möhkəm döyüb. Vladimirin yadında qalan odur ki, evin qarşısında iki maşın dayanıbmış. Bu maşınlar həmişə bizi izləyir. Vladimir hesab edir ki, bunlar Ukrayna Təhlükəsizlik Şurasının maşınlarıdır. Onu evinin blokunda gözləyənlər idmançı görkəmli iki şəxs olub".
Saakaşvili deyir ki, sürücüsü xəstəxanaya yerləşdirilib. Ona beyin silkələnməsi diaqnozu qoyulub.
Ukrayna vətəndaşlığı alınsa da, Saakaşvili geri qayıdaraq Ukrayna hakimiyyətinə qarşı aksiyalara başlayıb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?