Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili gələcək taleyindən narahatdır.
Bu barədə M.Saakaşvili “Facebook” səhifəsində yazıb. Onun yazdığına görə, Ukrayna hökuməti onun həbsi barədə qərar verib. “Ukrayna baş prokuroru Yuriy Lutsenko mənim həbs edilməyim üçün sənədlər hazırlayıb. O, məni həbs və ekstradisiya etdirmək istəyir. Hökumət məni prezident olduğum Gürcüstana təhvil vermək istəyir. Lutsenkonun bu niyyətini başa düşə bilmirəm. Axı o, mənim Gürcüstanda rəhbərlik etdiyim dövrü çox yaxşı bilir”, - deyə M.Saakaşvili bildirib. Xatırladaq ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları il’ 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb. Ancaq Ukrayna baş prokuroru Yuriy Lutsenko M. Saakaşvilinin sərhədi keçməklə bağlı həbs edilməyəcəyini bildirib. Eyni zamanda baş prokuror deyib ki, M. Saakaşvili ilə bağlı Ukraynada hüquqi məsələlər tənzimlənənə qədər sabiq Odessa qubernatoru Gürcüstana da deportasiya edilməyəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?