Çinin xarici işlər naziri Myanmanın liderləri ilə görüş keçirib. Çinə səfərindən bir gün öncə nazir Rohinca qaqın böhranı məsələsini Banqladeşin baş naziri ilə müzakirə edib.
Vanq Yi Dakada müxbirlərə bildirib ki Rohinca böhranı xarici tərəflərin müdaxiləsi olmadan, Myanma və Banqladeş arasında həll edilməlidir. Rohinca böhranı xarici tərəflərin müdaxiləsi olmadan, Myanma və Banqladeş arasında həll edilməlidir Vanq prezident Htin Kyav, Myanmanın de-fakto lideri Aunq San Suu Kyi, habelə ordu komandanlığının rəhbəri Min Aunq Hlainq ilə görüşlər keçirib. Yüz minlərlə Rohinca qaçqını qonşu Banqladeşdə sığınacaq tapıb. Münaqişə avqust ayında Rohinca yaraqlılarının polis idarəsinə hücum edərək 12 əsgəri öldürməsindən sonra baş qaldırıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vətəndaşlığı olmayan, ayrı-seçkilik və təqiblərə məruz qalan milyonlarla insanın fundamental vətəndaşlıq hüququnun təmin edilməsi üçün hökümətlərə çağırış edib. Qurum baş verənləri etnik təmizləmə kimi qiymətləndirib. Bazar ertəsi Myanma Asiya və Avropa ölkələrinin nazirlərinin görüşünə ev sahibliyi edəcək. Həmin görüşdə Rohinca böhranı gündəmdə olan ən mühüm məsələ kimi müzakirə ediləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?