ABŞ prezidenti Con Ficerald Kennedinin Berlindəki tarixi nitqindən təxminən 50 il sonra Birləşmiş Ştatların dövlət başçısı Almaniya paytaxtında danışıb ABŞ prezidenti Barak Obama Berlindəki Brandenburq darvazasının qarşısında çıxış edib.
O, ABŞ və Rusiyanın nüvə başlıqlarının sayının 1/3 qədər azaldılmasını təklif edib, habelə avrozonanın sərt qənaət siyasətindən danışıb: "Avronun dəyərini qorumaq üçün büdcə xərclərinin həddən ziyadə azaldılması və qənaət rejiminin tətbiq edilməsini yeganə məntiqli çıxış yolu saymaq doğru olmazdı.
Unutmayaq ki, əsas məqsəd insanların maddi rifah səviyyəsinin yüksəldilməsidir". Barak Obama danışarkən onun qarşısında gülləkeçirməz şüşədən divar vardı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?