Gürcüstan paytaxtında binanın mühasirəsi zamanı bir xüsusi təhlükəsizlik əməkdaşı, 3 şübhəli şəxs həlak olub.
Tbilisinin İsani rayonunda yaşayış binası ətrafında 20 saat davam edən atışma və partlayış səsləri, nəhayət susub, rəsmilər bildiriblər. Onların açıqlamasına görə, bir silahlı şəxs həbs edilib, dörd əsgər yaralanıb. Image caption Bildirilir ki, şübhəli şəxslər təslim olmaq istəməyiblər Şübhəlilərin gürcü millətindən olmadığı hesab edilir. Rəsmilər onların "terrorçu qrup üzvləri" olduğunu güman edir və şəxsiyyətlərinin müəyyənləşməsi üzərində iş apardıqlarını deyirlər. Təhlükəsizlik xidmətinin rəsmisi Nino Giorgobiani bildirib ki, şübhəli şəxslər təslim olmaq və atışmanı dayandırmaq tələbini rədd ediblərmiş. Əhalisinin əksəriyyətinin xristian olduğu Gürcüstanda cihadçı əlaqələrinə yaxın illərə qədər rast gəlinməyib, jurnalistlər deyirlər. Ancaq o da məlumdur ki, 50-yə yaxın Gürcüstan vətəndaşı özünü İslam Dövləti adlandıran qruplaşmanın tərkibində döyüşür, ya da onunla bağlıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?