Bu ilin aprel ayında Türkiyənin şimal-şərq bölgəsində, Gürcüstanla sərhəddə yerləşən Ardahan şəhərində qazıntılar zamanı bir yüksək rütbəli zabitin cəsədi tapılıb.
Tapılan cəsədin əvvəlcə bir rus generala məxsus olduğu deyilsə də, 4 gün öncə onun Polşa generalı olduğu məlum olub. Bu barədə açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş cəsədin ailəsinə təhvil verilməsi üçün danışıqların aparıldığını deyib.
Numan Kurtulmuş Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan ilə birlikdə hadisə yerinə gedərək, cəsədi yaxından incələyiblər.
Açıqlamalarda qeyd olunub ki, cəsədi tapılan polşalı general əslən rus imiş. Nazirlər Qars muzeyində mühafizə altında saxlanılan generalın cəsədi haqqında muzeyin rəhbəri Nəcməddin Alpdan da əlavə məlumatlar alıblar.
Ardahan’da mezarı bulunan General Rus ama Polonya asıllı çıktı
Daha sonra Numan Kurtulmuş jurnalistlərin suallarını cavablandırıb. O, qazıntılar zamanı tapılan generalın rus əsilli, lakin polşada yaşayıb, o ölkədə xidmət etdiyini deyib.
Vasiliy Geyman adlı generalın ailə fərdləri ilə əlaqə yaradan nazir Numan Kurtulmuş təhvil-təslim haqqında son prosedurların başa çatacağını deyib: “Generalın Polşadakı ailəsini tapmışıq. Onların kim olduğunu bilirik. Göndərdiyimiz məktublara cavab gəlib. Polşalıların tələbi generalı ölkələrinə aparıb, orada dəfn etməkdir”.
CƏSƏDİ TAPILAN GENERAL VASİLİ GEYMAN KİMDİR?
Fotolardan da göründüyü kimi, əynindəki geyimi ilə seçilən general 1877-1878-ci illərdə Osmanlı-Rus savaşında iştirak edib. Vasili Geyman elə müharibə zamanı 1878-ci il aprelin 13-də vəba xəstəliyindən dünyasını dəyişib.
Rus mənbələrinə görə, general Vasili Geyman orduya 1839-cu ildə qatılıb. O, bir çox Qafqaz ölkələrində döyüşlərdə iştirak edib.
1877-1878-ci illərdəsə Qars, Ardahan bölgəsində Muxtar Paşa və İsmail Paşanın əsgərləri ilə Osmanlıya qarşı savaşıb.
Cəsədi tapılan polşalı generalın bacısı oğlu Aleksandr Geyman da rus ordusunda xidmət edib. Onun adını daşıyan nəvəsi Vasili Geyman da sovet tarixçisi olaraq, tanınmış şəxslərdəndir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?