Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət onun, yaxud ailəsinin offşorlarda pul gizlətdiyini sübut edəcəyi təqdirdə istefaya getməyə hazırdır.
“Əgər Tayyib Ərdoğanın bir dolları varsa, o, bunu sübut etməlidir. Əgər bu sübut olunarsa, mən bir dəqiqə prezident postunda qalmayacağam”, “Gündəm Xəbər” Türkiyə mediasına istinadən bildirir ki, bunu Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun Ərdoğanın yaxın dostunun offşor hesablarında milyonlarla dollar saxladığı haqda bəyanatına münasibətin açıqlayaraq deyib.
“Hansı offşor bankında Tayyib Ərdoğanın hesabı var? Bunu sübut edin. Əgər siz sübut etməsəniz, siyasətdən imtina etməli olacaqsınız. Əgər siz bunu sübut edərsinizsə, mən siyasəti buraxacağam, prezident postundan imtina edəcəyəm”, - o, əlavə edib.
“Mən bu adamdan soruşuram: sizin ittihamınızı sübut edəcək sənədlər varmı? Əgər varsa, bunu açıqlayın, mən nə lazımdırsa edəcəyəm”, - Ərdoğan vurğulayıb.
Onun məlumatına görə, vəkilləri Kılıçdaroğlu ilə bağlı iddia qaldırıblar və 1,5 milyon lirə (350 min dollara yaxın) kompensasiya tələb olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?