Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığının detalları üzə çıxıb.
Ərdoğan telefon danışığına qarşısında Suriya xəritəsi və PYD terror qruplaşmasına verilən silahların siyahısı ilə qoşulub. Tramp telefon danışığı zamanı Ərdoğanın PYD-yə verilən silahların aqibəti barədə sualına, artıq terror qruplaşmasına silah təchizatının dayandırıldığı cavabını verib. Türkiyə prezidenti Trampa etiraz edərək “Dayandırmışıq” deyirsiniz, əvvəl 1500 TIR idi, artıq 4000 TIR olub”, - deyib. Ərdoğanın reaksiyası qarşısında təəccüblənən Tramp “Dərhal əmr verirəm, dayandırıram”, - söyləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?