ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə prezidentin mühafizəsi üçün lazım olan xüsusi avadanlıqlar və silahların satışını qadağan edən qanun layihəsini qəbul edib.
Senatın qərarına əsasən, ABŞ şirkətlərinə Ərdoğanın mühafizə alayına silah satmaq qadağan edilib. Qeyd edək ki, Ərdoğan ABŞ-da səfərdə olan zaman Türkiyə konsulluğunun ətrafında toplaşan bir qrup PKK tərəfdarları prezident və hökumət əleyhinə şüarlar səsləndiriblər. Bu zaman Ərdoğan tərəfdarları ilə onlar arasında qarşıdurma yaşanıb. Olaya türk liderin mühafizəçiləri də müdaxilə edib.
Sorğu
Yeni dizaynımız necədir?