Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda ABŞ əleyhinə mitinq keçirilib.
Bu barədə KXDR-in mərkəzi dövlət agentliyi xəbər verib. Bildirilir ki, rəyasət heyətinin, nazirlər kabinetinin, nazirliklərin və dövlət orqanlarının nümayəndələri həlledici qələbəni əldə edəcəklərinə and içiblər. Bundan sonra mitinqdə Şimali Koreyanın nazirləri çıxış edib. Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Tramp KXDR-in BMT Baş Assambleyasının iclasındakı təhdidlərini cavablandırarkən Şimali Koreya lideri Kim Çen Inı yenidən "Raket adam" adlandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?