Rəsmi Ankara qanuna ediləcək əlavə və dəyişikliklərlə bu tip saytların Avropa standartlarına uyğunlaşdırılacağını deyib
"Ölkədə qanunsuz olaraq müxtəlif şəxslər tərəfindən yaradılan sosial şəbəkələrə dövlət tərəfindən məhdudiyyət qoyulacaq". Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ mətbuata açıqlama verərkən deyib. Buna səbəb sosial şəbəkələrdə “Gezinti parkı” hadisələri ilə bağlı həqiqətə uyğun olamayan -təhrikedici bəyanatlar və saxta şəkillər yerləşdirilməsidir. Artıq dövlət bu cür neqativ halların qarşısını almaq üçün yeni qanun layihəsi üzərində işləyir.
Ədalət və İnkişaf Partiyasının sədr müavini Hüseyn Çelik isə qeyd edib ki, yeni qanuna ediləcək əlavə və dəyişikliklər tam şəkildə Avropa standartlarına uyğunlaşdırılacaq. Burada sosial şəbəkələrdən istifadəyə görə qadağanın tətbiqi nəzərdə tutlmur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?