Hərbçi menyudan fərqli olaraq özünə qayğanaq hazırladaraq hərbi nüfuzundan sui-istifadə edib
Türkiyənin Tekirdağ vilayətində özü üçün 4 yumurta ilə qayğanaq hazırladan çavuş barəsində 6 ay həbs qərarı verilib. Hadisəyə səbəb isə o günün səhər yeməyində qayğanağın nəzərdə tutulmaması olub.
“Hürriyet” qəzetinin xəbərinə görə, çavuş T.T. səhər yeməyi üçün mətbəxdə növbətçi olan əsgərdən özü üçün qayğanaq bişirməsini istəyib. Yemək hazırlanarkən mətbəxə girən briqada komandiri isə o günün menyusunda olmayan qayğanağın kimə bişirildiyini soruşub. Yeməyin çavuş üçün hazırlandığını öyrənən komandir məsələ barədə akt yazıb və şəxs barəsində məhkəmə iddiası qaldırılıb.
Qeyd edək ki, iyunun 17-də məhkəmə prosesi keçirilib, çavuş barəsində 6 həbs qərarı verilıib və 91 quruşluq (36 qəpik) ziyanın ödənilməsi tələb olunub.
Məhkəmə iddianaməsində, çavuşun menyudan fərqli olaraq özünə qayğanaq hazırladaraq hərbi nüfuzundan sui-istifadə etdiyi və dövlətə 91 quruş ziyan verdiyi qeyd edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?