Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültəsinin dekanı olmuş Xudayar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, X.Həsənov məhkəmə zalında həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. X.Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311-ci (rüşvət alma ) maddələrinə əsasən ittiham edilib.
Qeyd edək ki, ibtidai istintaq və məhkəmə dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?