“Nyu-York Tayms” qəzetinin müxbiri Zərrabın ifadəsində ona ən maraqlı gələn beş şey barəsində yazıb.
ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda günahlandırılan keçmiş “Halkbank” baş direktor müavini Mehmet Hakan Atillanın mühakimə edildiyi məhkəmə prosesində özünü təqsirli bilən Rza Zərrab şahid qismində ifadə verməyə davam edir. Qəzetin müxbiri onun ifadəsi ilə bağlı yazır: “İndi Rza Zərrabın ötən həftə məhkəmədə verdiyi ifadədən mənə ən maraqlı hissələri paylaşacağam”.
Benyamin Veyser aşağıdakı “Tvitter” statuslarını paylaşıb:
“FTB-yə niyə yalan danışıb?
1. Zərrab həbs edildikdən sonra FTB-yə niyə yalan deyildiyi barəsində sualın cavabında deyib: “Nə ilə qarşılaşdığmı bilmirdim və uzun səfərdən sonra şoka düşmüşdüm və... düzgün şərhləri verə bilmədim. Qorxmuşdum”. 2. Niyə amerikalı prokurorlarla əməkdaşlıq eləməyi qəbul elədiyi barəsində sualın cavabında Zərrab deyib: “Əməkdaşlıq eləmək, məsuliyyəti qəbul eləməyin və həbsxanadan çıxmağın ən qısa yolu idi”. 3. “Yürkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanla necə tanış oldunuz?” – “Bizim ailəliklə birlikdə getdiyimiz balıq yeməkxanasına onlar da gedirdi. Bir-birinizi gördük və orada tanış olduq”. 4. “Halkbankdan nə qədər pul aldınız?” – “Bir neçə milyard”. Prokuror Berman: “Milyard nədir? Avro? Dollar?” Zərrab cavabında deyib: “Avro ilə”. 5. “Halkbank baş direktoru Süleyman Aslan mənfəətfən niyə ray istədi?” “Böyük bir riskə gedirdi və bu məsələ ilə bağlı narahatlıq hiss edirdi. Bu yolla öz gələcəyinin təmin edilməsini istəyirdi”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?