BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası Ukraynanın ərazi bütövlüyünü müdafiə edib.
AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu açıqlamasında BMT-nin Təhlükəsizlik Şurasında Litvanın daimi nümayəndəsinin müavini Rita Kazraqiene deyib.
O bildirib ki, Təhlükəsizlik Şurası tərəfləri siyasi dialoqa çağırıb və Budapeşt memorandumu daxil olmaqla, beynəlxalq sazişlərə əməl olunmasının vacibliyini qeyd edib: “Təhlükəsizlik Şurası Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək tərəfləri münaqişəni siyasi yolla nizama salmağa çağırıb”.
Xatırladaq ki, Ukraynada “Maydan” hərəkatının qələbəsindən sonra ölkəni tərk edən prezident Viktor Yanukoviçin barəsində ölkə parlamenti impiçment qərarı çıxarıb və o vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra Rusiya Ukraynaya təzyiqi artıraraq, Krım Muxtar Respublikasının Ukraynanın tərkibindən çıxarılması və Rusiyaya birləşdirilməsi məqsədilə yerli yarmadaya qoşun çıxarıb. Hazırda Krımın bütün strateji dövlət obyektləri özünümüdafiə dəstələri adı altında Rusiyanın Qara dənizdəki Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən ələ keçirilib. Yarmadanı İkrayna ilə birləşdirən bütün yollarda barrikadalar qurulub.
Krım parlamenti isə rus hərbi birləşmələrinin təzyiqi ilə mayın 25-də muxtar respublikanın Ukraynanın tərkibində qalıb-qalmaması ilə bağlı referendumun keçirilməsinə dair qərar qəbul edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?