İordan çayının qərb sahillərində, Qəzza sektorunda və Yerusəlimdə baş verən etiraz aksiyaları zamanı 1100 min nəfər xəsarət alıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Daha əvvəl Fələstinin Qızıl Aypara Cəmiyyəti 767 nəfərin, o cümlədən 60 nəfərin odlu silahdan açılan atəş nəticəsində yaralandığını bildirib.
Qeyd edək ki, Trampın Qüdsü paytaxt kimi tanımasından sonra HƏMAS cümə gününü İsrailə qarşı "Qəzəb cüməsi" elan edib. Minlərlə fələstinli küçələrdə İsrail və ABŞ-a etiraz edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?