Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampın Qüds şəhərinin İsrailin paytaxtı elan etməsinin heç bir hüquqi qüvvəyə malik olmadığını bildirib.
Xəbərdə bildirilir ki, Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında belə bir bəyanatla çıxış edib. Trampın Qüds qərarının yox dərəcəsində olduğunu deyən Rəcəb Tayyib Ərdoğan "İsrail terror dövlətidir", - deyə əlavə edib.
"Qüds məsələsinə görə çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında müəyyənləşdiriləcək yol xəritəsi ilə bu qərarın həyata keçirilməsinin heç də asan olmayacağını göstərəcəyik", - deyə dövlət başçısı bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin sabahkı səfərində də Qüds məsələsi müzakirə ediləcək./REPORT
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?