Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlimin Fələstin dövlətinin paytaxtı olmaqla, məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.
Bu sözləri XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”, – deyə XİN rəsmisi vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?