“Kosmosun hərbi məqsədlər üçün istifadə edilməsindən qaçmaq lazımdır. NASA hərbi deyil, mülki təşkilat kimi yaradılıb”. Bu barədə dekabrın 11-də Bakı Amerika Mərkəzində keçirdiyi brifinqdə NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydi Payper (Heide Piper) Amerikanın Səsinin sualının cavabında bildirib.
Onun sözlərinə görə, astronavtların əksəriyyəti əvvəlcə hərbi sahədə işləyənlərdir.
“Onlar istər hava qüvvələrində, istərsə də dəniz qüvvələrindən gələnlər olur. Sadəcə bu onların keçmişi olur və təcrübələri imkan verir ki, gələcəkdə astronavt olsunlar. NASA-da biz işləyəndə əsasən vaxtın böyük hissəsində hərbi geyimdə olmuruq. Düzdür, biz hərbçi olsaq da, hərənin öz hərbi rütbəsi olsa da hərbi geyimə üstünlük vermirik. NASA mülki təşkilatdır. Orada biz hərbi strukturu, hərbi komandanlığı bir kənara qoyub əlimizdən gələn işləri lazımınca həyata keçirməyə çalışırıq”, o qeyd edib.
Haydi Payper Amerikanın Səsinin “ulduz müharibə”lərin mümkünlüyü barədə sualının cavabında deyib ki, insanın firkirləri müxtəlif olur.
“Bəşəriyyətdə həmişə müharibələr yaratmaq üçün tendensiyalar olur. Ümid edirik ki, bu tendensaiyalar NASA və digər təşkilatların fəzanın öyrənilməsi istiqamətində aparılan işlərinin aparıcı qüvvəsinə çevrilməyəcək. Çünki, biz hal-hazırda kosmosda yerdəki vəziyyətin, istər iqlim cəhətdən, istərsə də digər cəhətlərdən yaxşılaşdırılması uğrunda istifadə edirik. Fəza bizim üçün, eyini zamanda NASA-nın mövcudliğu öyrənmək, tədqiqat aparmaq üçün məkandır. İstər NASA olsun, istyərsə də digər ölkələrdən olan həmkarlarımız olsun, biz hər zaman çalışırıq ki, bir-birimizdən öyrənək və qarşılıqlı əməkdaşlıq edək. Ümid edirəm ki, Hollivud kinolarında gördüyünüz ulduz müharibələri baş verməyəcək”, o qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı və keçmiş NASA astronavtı Haydi Stefanişin-Payperin dekabrın 10-dan 12-dək Azərbaycana səfərinə sponsorluq edib.
Kapitan Payper öz kosmos hekayəsini Azərbaycan ictimayyəti ilə bölüşür və xüsusilə texniki və riyazi sahələrlə məşğul olan gənc qadınlarla karyera və imkanlar barədə danışır.
Kapitan Payper həmçinin yerli gənclərlə Kürdəmir şəhərindəki Amerika Guşəsində görüşüb.
O Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təqdimat keçirəcək və Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında görüşlərdə olacaq./amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?