Saakaşvilinin mənzilinin yerləşdiyi binanın girişinə mühafizə yerləşdirilib.
Guundemxeber.Az bildirir ki, onu 5 nəfərin mühafizə etdiyi qeyd olunub.
Qeyd edək ki, ötən gün keçirilən məhkəmədə ittiham tərəfi Rusiyanın Ukraynada qarışıqlıq yaratmaq üçün Saakaşviliyə sui-qəsd təşkil edə biləcəyi barədə danışmış, bu səbəbdən Saakaşvilinin ev dustaqlığına məhkum edilməsi və qoluna elektron bilərzik taxılmasının vacibliyini bildirmişdi. Saakaşvili isə cavabında qorunması üçün mühafizəçi ayrılmasının daha yaxşı olacağını qeyd etmişdi.
Kiyevin Peçer rayon Məhkəməsinin hakimi Larisa Çokol isə Saakaşvilinin məhkəmə zalından azadlığa buraxılması barədə ötən gün qərar qəbul etmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?