Məşhur jurnalistin ölümündən bir neçə saat əvvəl yazdığı məktub üzə çıxdı
ABŞ-da qətlə yetirilmiş tanınmış jurnalist Maykl Heystinqsin işi ilə bağlı olaraq maraqlı detallar üzə çıxıb. xarici mediaya istinadən xəbərə görə ölümündən bir neçə saat əvvəl dostlarından birinə göndərdiyi elektron məktubda jurnalist Federal Təhqiqatlar Bürosunun onunla maraqlandığını, bəzi dostlarının artıq sorğu-sual edildiyini yazıb. M.Heystinqs yazıb ki, yaxın vaxtlarda səs-küylü məqaləsi üzə çıxacaq və bu üzdən bir müddət diqqətdən kənarda qalmaq istəyir. Bu məktubdan bir neçə saat sonra jurnalistin maşınında partlayış baş verib və o, yanaraq ölüb. Xatırladaq ki, Heystinqs bu ayın 18-də Los Anceles yaxınlığında Mersedes C250 Coupe markalı avtomobilində qətlə yetirilib. 33 yaşlı jurnalist Əfqanıstanla bağlı reportajları ilə məşhur idi və çoxsaylı mükafatlara layiq görülmüşdü.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?