Gənc siyasi fəal, mərhum jurnalist Nərgiz Yaqublunun vaxtsız ölümündən bir il ötür. Bununla əlaqədar Yaqublu ailəsi il mərasimi verəcək.
Mərasim aprelin 23-də saat 13:00-da olacaq.
Bu barədə musavat.com-a mərhum jurnalistin atası, Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib: “Qaraçuxurdan Suraxanıya gedilən yolun üzərində “LUKoil” yanacaqdoldurma məntəqəsi var. Məntəqənin arxasında Xəzri (keçmiş Haça-dağ) şadlıq evi var. Mərasim bu şadlıq evində olacaq. Ayın 23-də saat 13:00-da başlayacaq”.
Xatırladaq ki, Nərgiz Yaqublu bir il öncə Rusiyanın Tomsk şəhərindəki xəstəxanada müalicə olunarkən dünyadan faciəli şəkildə köç etmişdi. O, Hepatit C xəstəliyindən əziyyət çəkirdi.
N.Yaqublu ölümündən bir həftə əvvəl övladını dünyaya gətirsə də, həkimlər gənc xanımın həyatını xilas edə bilməmişdilər. Nərgiz Yaqublunun indi bir yaşı olan oğlu Kənan ondan ailəsinə qalan yeganə yadigardır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?