GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Müsəlman ölkələri bu gün Qüdslə bağlı qərar verir - gözlər İstanbulda...

Müsəlman ölkələri bu gün Qüdslə bağlı qərar verir - gözlər İstanbulda...

Tarix: 13-12-2017, 11:48 Bölmə :Dünya Baxış: 352
Müsəlman ölkələri bu gün Qüdslə bağlı qərar verir - gözlər İstanbulda...


Deputat: “Azərbaycanın toplantıda iştirakı və İslam həmrəyliyi nümayiş etdirməsi ABŞ və İsrail əleyhinə çıxmaq demək deyil”

Bu gün İstanbulda Türkiyənin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar zirvə toplantısı keçiriləcək. Quruma üzv ölkələrin rəhbərləri Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını və səfirliyi bu şəhərə köçürməklə bağlı qərarını müzakirə edəcəklər. Azərbaycan prezidenti də tədbirdə iştirak edəcək.

Trampın qərarına İƏT ölkələrinin indiyə qədərki qərarını nəzərə alsaq, toplantıda Amerika və İsrail əleyhinə ciddi qərarların qəbul ediləcəyi, bəyanatların, açıqlamaların veriləcəyi indidən məlumdur. Qüdsün paytaxt kimi tanınmasına sərt mövqe sərgiləyən Azərbaycanın toplantıdakı mövqeyi də demək olar dəqiqləşib. Bir müsəlman ölkəsi kimi Azərbaycan veriləcək qərarın və bəyanatın lehinə olacaq.

Bunun da Azərbaycan-Amerika, Azərbaycan-İsrail əlaqələrinə soyuqluq gətirə biləcəyi ehtimalları indidən yüksək görünür. Ekspertlərin də məsələ ilə bağlı mövqeləri demək olar üst-üstə düşür. Rəsmi Bakının silah aldığı əsas ölkələrdən biri olan İsraillə əlaqələrin soyuqlaşacağı təqdirdə, bundan hər iki tərəfin zərər görə biləcəyi vurğulanır. Amerika ilə də əlaqələrin orta olduğunu düşünsək, bunun bir az soyumasının ciddi problemlərə yol açacağı bildirilir. Trampın prezidentliyə gəlişindən sonra onun digər ölkələrin daxili işlərinə qarışmayacağını düşünən və buna çox sevinən Azərbaycan tərəfi sonradan onu vədinə əməl etmədiyinə görə sərt şəkildə qınamağa başladı. Bu gün də Trampla bağlı rəsmi Bakının mövqeyi belədir.

Sadaladığımız amilləri nəzərə alsaq, Azərbaycanın İƏT-in bugünkü toplantısında ciddi seçim qarşısında qalacağı açıq şəkildə görünür. Veriləcək istənilən qərarın ağırlığını hiss etməmək mümkün deyil. Amma istənilən halda qəbul olunacaq qərara kiçik bir müsəlman ölkəsi kimi Azərbaycan imza atmalıdır.

Deputat, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycanın bu toplantıda iştirakı və İslam həmrəyliyi nümayiş etdirməsi Amerika və İsrail əleyhinə çıxmaq anlamına gəlməməlidir: “Trampın məlum mövqeyi Amerikanın öz müttəfiqləri arasında çox böyük ziddiyyətlərlə qarşılanıb. ABŞ-ın NATO-dakı müttəfiqləri Almaniya, İtaliya, Fransa, Roma papası və digərləri bu qərarın əleyhinə mövqe ifadə ediblər. Xüsusilə bu qərar Avropa ölkələrində sabitliyə, əmin-amanlığa, sülh prosesinə çox ciddi bir zərbə kimi qiymətləndirilir. Bu gün Avropa müsəlmanlarının etiraz dalğası başlayıb. Bu da Avropa ölkələrinin daxilində sabitliyin qorunmasına ciddi maneədir. Trampın dəfələrlə belə etiraz doğuran qərarlarının şahidi olmuşuq. Sonradan o, belə qərarlarından imtina etmək məcburiyyətində qalıb. Vaxtilə müsəlman ölkələrindən Amerikaya gələnlərə ciddi maneələr yaradan qərar vermişdi, lakin sonradan o qərar ləğv olunmuşdu. Bu nöqteyi-nəzərdən Qüdsün İsrailin paytaxtı elan olunması və Amerika səfirinin Tel-Əvivdən Qüdsə keçirilməsi ilə bağlı qərar ilk növbədə, Amerikanın milli maraqlarına zidd bir məsələdir. Çünki bu qərar əsasında ABŞ-ın regiondakı müsəlman ölkələri ilə münasibətləri korlanır, hətta müttəfiqi olan müsəlman ölkələri ilə belə münasibətlərə ciddi kölgə salır. Bu da Amerikanın dövlət maraqlarına çox ziddir. İsrailə gəlincə, bu qərar müsəlman ölkələrinin bu dövlətin üzərinə qalxması anlamına gəlir ki, bu İsrailə lazımdır? Müsəlman aləminin bu, məsələdə birlik nümayiş etdirməsi, İsrail əleyhinə şüarlar səsləndirməsi İsrailə lazım deyil. Xüsusilə bu məsələdən beynəlxalq terrorçular maksimum yararlanmağa çalışır, özlərini milli qəhrəman kimi təqdim etmək istəyirlər. Bu, Amerika və İsrailə lazım deyil. 60 ildən çoxdur ki, davam edən İsrail-Fələstin münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası çoxsaylı qətnamələr qəbul edib. Həmin qətnamələrin heç birisində Qüds İsrail dövlətinin paytaxtı kimi nəzərdə tutulmur. Belə olan təqdirdə Trampın bu qərarı ilk növbədə, beynəlxalq hüquqa ziddir, BMT-nin məlum qətnamələrinin ümumi ruhunun əleyhinədir. Azərbaycanın bu məsələlərdəki mövqeyi beynəlxalq hüquqa söykənir. Azərbaycan bu münaqişənin sülh yolu ilə həllini istəyir, gərginliyin BMT-nin qətnamələri çərçivəsində həllini istəyir. Bu baxımdan Azərbaycanın bu məsələ ilə bağlı məlum mövqeyini hesab edirəm ki, Amerika və İsraildə düzgün qiymətləndirəcəklər. Ölkə başçısı müstəqil siyasət yeridir, Azərbaycanın yeritdiyi bu xətt heç bir dövlət və beynəlxalq siyasi dairələrin təzyiqi altında deyil. Biz müstəqil xarici siyasət yürüdürük. Azərbaycan beynəlxalq hüquqa xidmət edən dövlətdir. Davranışlarımız beynəlxalq hüquq sistemi çərçivəsindədir. Həmin beynəlxalq hüquqda isə Qüds İsrailin paytaxtı kimi nəzərdə tutulmayıb. Bu baxımdan Azərbaycanın bu mövqeyi düzgün qəbul olunmalıdır. Rəsmi Bakı həm Amerika, həm də İsraillə yaxın tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır. Əgər BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qüds İsrailin paytaxtı elan olunsaydı, beynəlxalq birlik bu qərarı dəstəkləsəydi, o zaman Azərbaycan bu məsələyə müsbət, loyal münasibət bildirərdi. Amma ortada belə bir şey yoxdur. Ona görə Azərbaycanın mövqeyi ədalətlidir. Amerika və İsrailin bu mövqedən inciməyə əsasları yoxdur”.

Politoloq kiçik müsəlman ölkəsi kimi Azərbaycanın bu qərardan sonra hər hansı bir təhlükə ilə üzləşib-üzləməyəcəyindən də söz açdı: “Bu bizə təhlükələr yaratmır. Doğrudur, Azərbaycan müsəlman aləmində kiçik bir ölkədir. Amma bu yerdə cənab prezidentdən bir sitat gətirmək istəyirəm. Yeri gəlmişkən, cənab prezident ölkəmizlə bağlı kiçik sözünü xoşlamır. Ölkə başçısı dəfələrlə söyləyib ki, Azərbaycan beynəlxalq aləmdə elə də böyük dövlət deyil, lakin bizim sözümüzün mənası və çəkisi böyükdür. Dövlətin ölçülərinə, əhalinin sayına görə Azərbaycan regionda İran və digər dövlətlərdən geri qala bilər. Lakin Azərbaycan bu gün beynəlxalq aləmdə elə layihələr və təşəbbüslərlə çıxış edir ki, sözümüzün mənası və çəkisi böyük olur.

Azərbaycan dünyada İslam həmrəyliyinə çox böyük töhfələr verir. Ölkəmizdə İslam Həmrəyliyi oyunları keçirildi, paytaxtımızda müsəlman ölkələrinin idmançıları bir-birilərinin əlini sıxdılar. Bunun çox böyük bir mənası var idi ki, müsəlman ölkələrinin təmsilçiləri bir-birilərinin əlini sıxmalı, bir-birilərinə hörmətlə yanaşmalıdır, necə ki, bunu idmançılar edir. Bizim üçün əsas olan odur ki, Azərbaycanın atdığı addımların kiminsə diktəsi ilə atılmadığını hər kəs bilir. Prezident tərəfindən yürüdülən siyasətin dövlətimizə və xalqımıza xidmət etdiyini hər kəs yaxşı anlayır. Əgər belə olmasaydı, haqqında danışdığımız məsələ ilə bağlı belə bizə təzyiqlər göstərilərdi. Vaxtilə biz Krım məsələsində Ukraynanın ərazi bütövlüyünü müdafiə edən dövlətik. O zaman bu o demək deyildi ki, biz Rusiya əleyhinəyik. Beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini müdafiə edirik. Əgər o vaxt Ukrayna Rusiyaya qarşı eyni addımı atsaydı, Azərbaycan Kremli müdafiə edərdi. Kim ərazi bütövlüyünü pozursa, biz onunla eyni mövqedə ola bilmərik. Biz hər kəsi beynəlxalq hüququn ərazi bütövlüyü ilə bağlı normalarına əməl etməyə çağırırıq. Bu baxımdan bir daha bildirirəm ki, bu gün Qüdslə bağlı mövqeyimiz Amerika və İsrail əleyhinə deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan prezidenti Qüds məsələsi ilə bağlı toplantıda iştirak edəcək

    Azərbaycan prezidenti Qüds məsələsi ilə bağlı ...

    10-12-2017, 14:59

  • 
  • BƏƏ Trampın Qüdslə bağlı qərarını "terrorçulara hədiyyə" adlandırıb

    BƏƏ Trampın Qüdslə bağlı qərarını ...

    10-12-2017, 14:50

  • 
  • Fransada minlərlə insan Trampın Qüdslə bağlı qərarına qarşı aksiya keçirib

    Fransada minlərlə insan Trampın Qüdslə bağlı ...

    10-12-2017, 14:08

  • 
  • Tramp bu gün qərar verir: İslam dünyası şokda

    Tramp bu gün qərar verir: İslam dünyası şokda ...

    6-12-2017, 15:42

  • 
  • Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevi İstanbula dəvət etdi

    Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevi ...

    9-12-2017, 14:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu