ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi bu gün tanıyacaq.
Bu barədə bəyanatı Ağ Evin mətbuat xidməti yayıb.
“Prezident tarixi həqiqətdən çıxış edərək bu addımı atır. Qüds yəhudi xalqının paytaxtıdır. Qüdsdə İsrail hökuməti, məhkəmə hakimiyyəti yerləşir. ABŞ hökuməti həmçinin səfirliyin Qüdsə köçürülməsindən sonra ölkə vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün də plan hazırlayıb. Bu həm də bizim Yaxın Şərqdəki aktivlərimizə də aid edilir”, – deyə o bildirib.
Qeyd edək ki, Trampın bu qərarına qarşı Ərəbistan və İordaniya kralları, Türkiyə və s. artıq rəsmi münasibətini bildirib və bunun olduqca riskli, Yaxın Şərqdə təhlükəsizliyi ciddi təhdid edəcək addım olduğu vurğulanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?