Rusiyanın müdafiə şirkəti “Rosteç”in rəhbəri Sergey Çemezov S-400 raketdən müdafiə sisteminin qurulmasından əvvəl Türkiyə ilə hərbi-texniki əməkdaşlıq müqaviləsinin imzalanacağını açıqlayıb
Rusiya prezidenti Vladimir Putinin Ankara ziyarətində, S-400 havadan müdafiə sisteminin tədarükü məsələsində önəmli məsafə qət edilib. Xəbərə görə, Rusiya, ümumilikdə 4 batareyanı Türkiyəyə dərhal verməyə hazır və istəklidir. Çünki Rusiya Krım-Qaradəniz- Suriya-Türkiyə sahəsində hava təhlükəsizliyini təmin etməyi, Yaxın Şərq və Suriyadakı inteqrasiya strategiyasını gücləndirməyi istəyir. Türkiyə baxımından S-400-lərin üstünə götürəcəyi missiya daha təcili və həlledicidir. Türkiyə, S-400-lərlə ABD/ CENTCOM-un, YPG ilə birlikdə Suriyadakı əməliyyatlarını kəsməyi, terrorla mübarizəsində ABŞ-ın TSK-ya havadan edəcəyi bloklamanı, siqnal və elektron vasitələrlə buradan gələcək dolayı təhdid və əngəllərin qarşısını almağa çalışır. CENTCOM, YPG-yə Suriyada mühüm hava dəstəyi təmin etdiyi kimi, TSK-ya da əngəlləmələr yaratmaqla, texniki-kəşfiyyat vasitələrlə da terror təşkilatına dəstək verir. Maddi, kəşfiyyat, texnoloji olaraq nə qədər vasitə varsa, ABŞ PKK/YPG terror təşkilatı üzərindən istifadə edir. Rusiya müdafiə şirkəti “Rosteç”in rəhbəri Sergey Çemezov S-400-lərin 2019-a qədər Türkiyəyə veriləcəyini ifadə edərkən, müdafiə sisteminin qurulmasından əvvəl Türkiyə ilə hərbi-texniki əməkdaşlıq müqaviləsinin imzalanacağını da açıqlayıb.
ƏVVƏL SURİYA SƏRHƏDİNƏ
Hərbi-texniki əməkdaşlıq sazişi bu mənaya gəlir: "Rusiya S-400-ləri təhvil verməmişdən əvvəl Türkiyədə əsgərini yerləşdirəcəyi baza tələb edə bilər. Rus əsgərinin və S-400-lərin haralara yerləşdiriləcəyi, təxmini vəzifə müddəti və digər detallar bu müqavilədə qeyd olunacaq. S-400-lərin ilk 2 batareyası Suriya sərhədinə, digər biri Aralıq dənizinə doğru, sonuncusu isə Mərmərə-Boğazlar-Egey-Qaradənizin təhlükəsizliyi üçün yerləşdiriləcək". S-400-lər, Türkiyənin hava müdafiə sistemini olduqca gücləndirəcək, tutumunu artıracaq. Yerli İHA və SİHA(Pilotsuz hava aparatları) istehsal edərək bunları terrorla mübarizədə təsirli vasitə olaraq istifadə edən TSK, S-400-lərlə bu üstünlüyünü davam etdirdiyi kimi, havadan gələn riskləri və əngəlləmələri də dəf edəcək. S-400-lərin qorunması üçün bəzi əlavə müdafiə sistemlərinin də yaradılması lazımdır. Xüsusilə sualtı qayıqlardan atılan raketlərə qarşı radar və əlavə müdafiə sistemlərini də prioritet olaraq Rusiya tədarük edəcək. S-400-lərin mənbə kodları, dost-düşmən ayrımı kimi detallar da çox əhəmiyyətlidir.
Sorğu
Yeni dizaynımız necədir?