Türkiyə və Rusiya arasında S-400 raket kompleksləri ilə bağlı hələlik razılaşma imzalanmayıb.
Gundemeber.az xəbər verir ki, bu sözləri Rusiyanın “Rosteh” Texnologiya şirkətinin rəhbəri Sergey Çemezov jurnalistlərə açıqlamasında deyib.
“Müqavilə imzalandığı zaman bu haqda danışacağıq. Hələlik razılaşma əldə olunmayıb”, - Çemezov bildirib.
Qeyd edək ki, Türkiyə Müdafiə naziri Fikri İşıq isə bir neçə gün əvvəl S-400 raketlərinin alınması ilə bağlı Moskva-Ankara arasında müzakirələrin getdiyini bildirimişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?