Ermənistanda dərc olunan “Hraparak” qəzeti yazır ki, artıq 3 gündür ərəb şeyxləri oğulları ilə birlikdə Qagik Tsarukyanın qonağıdırlar.
Qonaqlar arasında BƏƏ-nin ən nüfuzlu şəxslərindən biri sayılan Əbu Dabi şahzadəsi – şeyx Zeyd əl-Nahayanın böyük oğlu da qonaqlar arasındadır.
Mənbə onu da qeyd edir ki, səfər dostluq xarakteri daşıyır - ərəblər Ermənistanla tanış olmaq, görməli yerlərini gəzmək üçün gəliblər. Qəzetin əldə etdiyi məlumata əsasən, “özəl səfər” həmçinin investisiya məqsədi güdür, lakin bu barədə hələlik danışılmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?