ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl Bağdadini yaxalayaraq Amerikanın Suriyadakı hərbi bazasında saxlayırlar. Bu barədə "Yeni Şafak" nəşrinə məsələ ilə bağlı məlumatlı mənbə bildirib.
Mənbənin bildirdiyinə görə, Əbu Bəkr Əl Bağdadi İraqda ələ keçirildikdən sonra ABŞ-ın Suriyanın şimal-şərqindəki Ras-əl-Ayn şəhərində yerləşən hərbi bazasına aparılıb, daha sonra isə Əl-Hasaka şəhəri yaxınlığındakı dayaq məntəqəsinə köçürülüb. Məlumata görə, Əl Bağdadi ilə birlikdə İŞİD-in 7 səhra komandiri də ələ keçirilib, onlardan birinin İraq vətəndaşı olduğu bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?