Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gün ərzində “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 20 hava zərbəsi endirib.
gundemxeber.az İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.
Məlumata görə, Suriyada əksər zərbələr Kobani şəhərində terrorçuların canlı qüvvə və hərbi texnikasına yönəlib. Nəticədə silahlılara məxsus bir neçə nəqliyyat vasitəsi məhv edilib.
İraqda isə İŞİD-in 6 şəhərdəki mövqelərinə hava zərbəsi endirilib. Bir neçə silahlı dəstə məhv edilib, terrorçulara məxsus bunker, tikililər, avtomobillər və silah anbarları dağıdılıb.
Sorğu
Yeni dizaynımız necədir?