Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın Yəmən paytaxtından şərqdə yerləşən bölgədə keçirdiyi hava hücumu zamanı toy mərasimi hədəf alınıb. Hadisə nəticəsində mərasimə qatılan 10 qadın həyatını itirib. Bu haqda şahidlər və səhiyyə rəsmiləri məlumat verib.
Onların sözlərinə görə, hava hücumu qadınların Maarib vilayətindəki kəndə getdiyi zaman baş verib. Şahidlər gəlinin də qadınların arasında olduğunu bildiriblər. Lakin onun da yaralanıb-yaralanmadığı məlum deyil.
Yəmənin ucqar yerlərində adətə görə, gəlin rəfiqələri və qadın qohumlarının müşayiəti ilə toya gətirilir. Adətən bəy gəlini orada gözləyir.
Hadisə ilə bağlı məlumat verən şahidlər adının açıqlanmaması şərti ilə danışıblar. Onlar buna görə cəzalandırıla biləcəklərindən, ya da media vasitələrinə məlumat vermək səlahiyyətləri olmadığından ehtiyat edir.
ABŞ-ın dəstəklədiyi koalisiya İranın dəstəklədiyi şiə üsyançılarına qarşı 2015-ci ildən müharibə aparır. Hava hücumlarının bir neçə dəfə mülki əhalini hədəf aldığı halları qeydə alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?