GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Saakaşvili Ukraynada ya inqilaba, ya da inqilabi islahatlara nail olacaq”

“Saakaşvili Ukraynada ya inqilaba, ya da inqilabi islahatlara nail olacaq”

Tarix: 19-12-2017, 11:10 Bölmə :Dünya Baxış: 309
“Saakaşvili Ukraynada ya inqilaba, ya da inqilabi islahatlara nail olacaq”


Gürcüstanın sabiq prezidenti Ukraynaya nə gətirəcək?

Ukraynada Gürcüstanın keçmiş prezidenti, Ukrayna Sağ Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvilinin prezident Petro Poroşenko hakimiyyətinə qarşı başlatdığı proses davam edir. Saakaşvili və tərəfdarlarının təşkilatçılığı ilə Kiyevdə dekabrın 17-də Poroşenkoya qarşı “İmpiçment marşı” aksiyası hadisələrin bundan sonra necə cərəyan edəcəyi, nə ilə nəticələnəcəyi barədə müxtəlif rəyləri meydana çıxarıb.

Mixail Saakaşvilinin başlatdığı prosesin sonu necə olacaq? Onun hakimiyyəti dəyişməsi imkanı varmı? Saakaşvili hakimiyyətə gəlsə, Ukraynada vəziyyətə necə təsir edə bilər?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Mixail Saakaşvili Ukrayna siyasi həyatında ən öndə gedən fiqurdur. Son aylar baş verən bütün siyasi proseslər məhz onun iştirakı ilə baş verib, yaxın aylarda ola biləcək bütün hadisələrin də hərəkətverici qüvvəsi Saakaşvili olacaq. Amma bu, o demək deyil ki, Saakaşvili Ukrayna prezidenti olacaq və ya buna iddialıdır: “Bilirik ki, prezident Poroşenko Qərbin və ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlib. Saakaşvili də həmin dəstəyə malikdir. O zaman sual ortaya çıxır: nə baş verib ki, Qərbin adamı adlandırılan hər iki şəxs bir-birilərinə düşmən kəsilib? Məsələ ondadır ki, uzun müddətdir Qərb Poroşenkodan əsaslı islahatlar keçirməyi, korrupsiya ilə bağlı xüsusi qanun qəbul etməyi, Ukrayna hakimiyyətində olan, yaxud hakimiyyətə təsir edən oliqarxlardan yaxa qurtarmağı tələb edir.

Amma bu addımların heç biri atılmayıb. Vəziyyət hətta Viktor Yanukoviçin zamanından daha pisdir. Saakaşvilinin önə çıxması və Ukraynanın tanınmış siyasətçilərinin dəstəyini alması Petro Poroşenkoya Qərbin sonuncu mesajıdır ki, islahatları təxirə salınmadan həyata keçirsin, əks halda, 3-cü Maydan qaçılmaz olacaq və hakimiyyət dəyişiləcək. Əgər Poroşenko bu islahatlara gedəcəksə, islahatlardan biri də növbədənkənar parlament seçkilərinin keçirilməsi olacaq. O zaman parlamentə yeni qüvvələr, o cümlədən Saakaşvilinin lideri olduğu partiya da daxil olacaq. Yox, əgər Poroşenko bu addımları atmayacaqsa, onun vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması prosesi baş verə bilər. Saakaşvilinin rolu isə bunda çox böyük olacaq. Poroşenko hakimiyyəti bunu gözəl anlayır”.

Politoloqun sözlərinə görə, Saakaşvilinin həbs olunmasından sonra ABŞ və Qərbin buna kəskin reaksiyası, məhkəmədə Ukraynanın tanınmış siyasi liderlərinin, hətta Poroşenkonun parlamentdə olan blokunun üzvlərinin bir çoxunun dəstək məqsədilə iştirakı, adətən sifarişlə qərarlar verən məhkəmənin rəsmi hakimiyyətin istəyinə zidd olaraq Saakaşvilini həbsdən azad etməsi yaxın aylarda Ukraynada ciddi dəyişiklər ola biləcəyindən xəbər verir: “Amma yenə də təkrar edirəm, nəticədə Saakaşvili prezident olmayacaq və buna can da atmayacaq. Amma prezidentin kimin olmasından asılı olmayaraq o, hakimiyyətdə güclü təsir imkanına, rıçaqlara malik bir vəzifədə olacaq. Hətta ola bilsin, yaxın gələcəkdə olacaq islahatlarla prezident səlahiyyətlərinin azaldılması və parlament tipli hakimiyyətə yaxın bir modelin qurulması da baş versin”.

Politoloq Şahin Cəfərli isə Mixail Saakaşvilinin son hərəkətlərinin yanlış olduğunu və yaxşı heç nə vəd etmədiyini düşünür: “Saakaşvili artıq Ukrayna dövlətinə qarşı, yumşaq desək, təxribata keçib. Dekabrın 17-də keçirilən mitinqdə öz tərəfdarları ilə Kiyevin mərkəzindəki oktyabr sarayını ələ keçirməyə çalışıb, hətta deyəsən, içəri də giriblər. Həmin vaxt içəridə konsert gedirmiş, xeyli uşaq da var imiş, birtəhər camaatı çıxara biliblər. Saakaşvili deyir burda mənim qərargahım yerləşəcək (son inqilab zamanı müxaliflərin qərargahı məhz həmin sarayda idi).

Baş verənlər Saakaşvili adına böyük bir ayıbdır. Hakimiyyəti demokratik yolla dəyişmək imkanı olan bir ölkədə, üstəlik, seçki kampaniyasının başlamasına 1 il qalmış, korrupsiya var deyə inqilab etməzlər. Bu hadisələr eyni zamanda Ukrayna dövlətinin hələ oturuşmadığını və möhkəmlənmədiyini göstərir. Başqa bir ölkə siyasətçisinin və onun yönəltdiyi 5-10 minlik kütlənin qarşısında aciz qalınması Ukrayna adına utancverici faktdır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saakaşvili siyasi SIĞINACAQ İSTƏDİ

    Saakaşvili siyasi SIĞINACAQ İSTƏDİ ...

    3-10-2017, 17:38

  • 
  • Saakaşvili: "Poroşenko ilə yalnız onun istefası barədə danışmağa hazıram"

    Saakaşvili: "Poroşenko ilə yalnız onun ...

    17-12-2017, 23:04

  • 
  • Saakaşvili qaldığı oteldən yoxa çıxıb

    Saakaşvili qaldığı oteldən yoxa çıxıb ...

    13-09-2017, 11:23

  • 
  • Saakaşvili Ukraynadakı hadisələrin Azərbaycana təsirindən danışdı

    Saakaşvili Ukraynadakı hadisələrin Azərbaycana ...

    10-02-2014, 13:24

  • 
  • Saakaşvili Kiyevdə nazirləri “YERİNDƏN OYNADACAQ”

    Saakaşvili Kiyevdə nazirləri “YERİNDƏN OYNADACAQ” ...

    25-09-2017, 12:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu