"Ukraynadakı hadisələr Azərbaycana da öz təsirini gösətərcək və ilhamlandıracaq" Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili əminliklə bəyan edib ki, Ukraynadadkı hadisələr bütün dünyaya öz təsirini göstərərcək: “Gürcüstanla müqayisədə Ukrayna çox böyük ölkədir. Bu baxımdan Ukraynada baş verənlər bir təcrübədir. Burada baş verən hadisələr öz gələcəyini müəyyən etmək istəyən ölkələri, xüsusən də Azərbaycanı, Moldovanı, Ermənistanı ilhamlandıracaq. Bu hadisələr eyni zamanda, Rusiyadakı bir sıra qüvvələrə də təsir edəcək”.
M.Saakaşvili onu da əlavə edib ki, gələcəkdə tarixi yazanlar deyəcəklər ki, Rusiya imperiyası öz mövcudluğunu Kiyevin Maydanında başa vurdu və bu belə də olacaq: “Xalq mütləq qələbə çalacaq, mən əminəm ki, yaxşı gün və gələcək bütün xalqları birləşdirəcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?