IKBY Təhlükəsizlik Agentliyi, İraq mərkəzi hökumətinə bağlı birləşmiş qüvvələrin Kərkük-Mosul vilayətlərini bir-birinə bağlayan Peşmərgə nəzarətindəki ərazilərə hücum etmək istədiyini iddia edib
Təhlükəsizlik Agentliyinin Twitter hesabından edilən açıqlamada, "Kəşfiyyat məlumatları, son 5 gün ərzində İraq ordusu, Haşdi Şabi və federal polisin Güver-Dibis-Dibege yol xəttinə hücum etmək üçün hazırlaşdığını göstərir” deyə, bildirilir. Açıqlamada İraq mərkəzi hökuməti ilə heç bir qarşıdurmaya girməmək üçün Peşmərgə qüvvələrinin oktyabr ayında Mosulun Mahmur rayonundan çəkildiyini bildirilərək, Bağdad rəhbərliyinə təxribat xarakterli aksiyalardan imtina etməsi çağırışı edilib. “Reuters”ın verdiyi xəbərə görə, Bağdadda bir hərbi mənbə isə, İraq qüvvələrinin 25 sentyabrda keçirilən müstəqillik referendumuna etiraz olaraq oktyabrın ortasında etdikləri hücumu yenidən başlatmaq iddiasını rədd edib. IKBY Təhlükəsizlik Şurası dünən verdiyi bəyanatda, bölgənin paytaxtı Ərbilin cənub-qərbində yerləşən Mahmur rayonundakı İraq qüvvələrinə əlavə dəstək güclərinin göndərilməsindən "narahatlıq" duyduqlarını bildirib. Qeyd edək ki, Kərkük və Mosul vilayətlərini bir-birinə bağlayan strateji mövqe Güver-Dibis-Dibəgə yol xəttinin böyük bir qismi Peşmərgə qüvvələrinin nəzarətindədir. Xatırladaq ki, İraq mərkəzi hökumətinə bağlı birgə qüvvələr, 16 oktyabrda Kərkük və digər mübahisəli bölgələrdə nəzarəti təmin etmək üçün hərbi əməliyyat keçirmiş, Peşmərgə gücləri toqquşmadan sözügedən yerləri təslim etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?